Etməyəcəyin şeyi söyləmək haramdır

Etməyəcəyi şeyləri demək Quran əxlaqına uyğun yaşamayan, Quran əxlaqından xəbərsiz olan (2)

Etməyəcəyi şeyləri demək Quran əxlaqına uyğun yaşamayan, Quran əxlaqından xəbərsiz olan insanlara xas olan xüsusiyyətlərdəndir.

Belə insanlar özlərini olduqlarından üstün və vacib insan kimi göstərmək, lovğalanmaq məqsədilə edə bilməyəcəklərini deyir, öhdəsindən gələ bilməyəcəkləri işlərdən bəhs edirlər. Müvəqqəti xeyir və mənfəət əldə etmək üçün əslində etməyə niyyətləri olmadığı şeyləri vəd edirlər. Bu qeyri-səmimi hərəkət cəmiyyətdə çox əhəmiyyət verilməyən, vərdiş edilmiş rəftardır. Halbuki insanların edə bilməyəcəklərini demələri Allah qatında sevilməyən və günah kimi xarakterizə edilən bir davranışdır:

Ey iman gətirənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz? Etməyəcəyiniz şeyləri deməyiniz Allah dərgahında nifrətlə qarşılanar. (Saff surəsi, 2-3)

Bu davranış ayələrdə pislənən yalançı, ikiüzlü, qeyri-səmimilik kimi bir çox pis xüsusiyyətləri özündə əks etdirir. Quranda göstərilən gözəl əxlaqa ən uyğun şəkildə yaşamağı özlərinə qanun kimi qəbul etmiş möminlər Allah dərgahında pislənən bu davranışdan uzaq olmağa çalışırlar.