Etmədikləri ilə öyünməmək

Gördüyü işlərlə lovğalanmaq eləcə də həqiqətdə etmədiyi işlərlə öyünmək cəmiyyətdəki bir çox

Gördüyü işlərlə lovğalanmaq eləcə də həqiqətdə etmədiyi işlərlə öyünmək cəmiyyətdəki bir çox insanlarda müşahidə olunan ümumi bir haldır. Halbuki Ali-İmran surəsinin 188-ci ayəsində bu davranışın Allahın dərgahında bəyənilməyən bir əxlaq olduğu bildirilir.

Belə davranışın təməlində insanın öz əməli hesab etdiyi, əslində isə yalnız Allahın diləməsi və yaratması ilə baş verən işləri özünə aid etmək və bunlarla öz nəfsini ucaltmaq kimi çirkin cəhdlər dayanır. Halbuki insan istər bir işi özü etsin, istərsə də etməsin, fərqi yoxdur, əslində, o işi yaradan qüvvə sonsuz güc və elm sahibi olan Allahdır.

Heç bir insanın özünə aid müstəqil bir gücü yoxdur. Hər şey və hər bir hadisə yalnız Allahın izni və diləməsi ilə baş verir. Buna görə də insanın sərbəst şəkildə gücünün çatmayacağı bir şeyə görə lovğalanıb öyünməsi onun əslində bu şeyi yaradan Allahı lazımınca qiymətləndirmədiyini göstərir. Bu da insanın öz nəfsini ilah hesab etməsi və nəfsini Allaha şərik qoşması mənasına gəlir. Allah Öz ayələrində Ona şərik qoşmağın ən böyük günah olduğunu, bundan əl çəkməyən insanları bağışlamayacağını bildirmişdir. Elə bu səbəbdən də Rəbbimizin hüdudsuz qüvvəsini qiymətləndirmək əvəzinə, öyünüb özünü yüksəltmək istəyən insanlar Quranda şiddətli əzabla müjdələnmişlər.