Əsl yaxşılıq nədir?

Cəmiyyət içində insanların müəyyən etdiyi bir "yaxşılıq" anlayışı vardır

Cəmiyyət içində insanların müəyyən etdiyi bir “yaxşılıq” anlayışı vardır. Yolda gördüyü dilənçiyə pul verən, insanlara həmişə gülər üz göstərən, kiçik işlərə köməkçi olmağa çalışan insanlar “yaxşı insan” olaraq müəyyən olunarlar. Əlbəttə bunlar gözəl və yaxşı davranışlardır, ancaq Allahın məmnun olacağı yaxşılıq məhdud bir anlayış deyil. Səmimi olaraq iman edən və bütün həyatını Allahın razı olacağı şəkildə yaşayan insan həqiqətən “yaxşı insan”dır. Allah həqiqi yaxşılığın nə olduğunu bir ayəsində belə açıqlamışdır:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)