Əsl sənətkar olan Allahdır

Rəsm və heykəl sənəti Qurana görə haram deyil

Xurafatçıların müsəlmanlara haram etməyə çalışdıqları rəsm və heykəl sənəti Qurana əsasən, qətiyyən haram deyil. Allah sənəti sevir və qullarına da sevdirmişdir. Allah bütün kainatı sənətlə yaratmışdır. Quranda rəsm və heykəl kimi gözəl sənətləri haram edən ayə yoxdur. Tam əksinə, Quranda sənət əsərlərindən təriflə bəhs edilir.

Hz.Süleymanın sarayında mövcud olan və səltənətinin ehtişamı kimi təriflənən heykəl və digər sənət əsərlərindən Quranda bu şəkildə bəhs olunur:

Onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! şükür edin! Qullarımdan şükür edəni azdır. (Səba surəsi, 13)

Bu Quran ayəsinə baxmayaraq, sənətə qadağa gətirən xurafatçılar sarayında möhtəşəm gözəllikdə heykəllər mövcud olan hz.Süleyman haqqında nə düşündüklərini açıqlamalıdırlar.

Xurafatçıların İslam cəmiyyətlərinə zərərləri çox böyük olub. İslam dünyasında heykəl və rəsm sənəti xurafatların yayıldığı dövrlərdən sonra heç bir zaman inkişaf etməmişdir. İncəsənəti inkişaf etdirə bilməyən cəmiyyətlər cansız və köhnə qalırlar. Yeniliklərə qapalı olurlar. Yaradıcılıq və incəlik görmək qabiliyyətlərini də itirirlər. Zövqsüzlük və donuqluq əhval-ruhiyyələrinə, bir-birilərinə qarşı davranış formalarına da əks olunur. Xurafatçıların qaranlıq dünyasına incəsənətdən uzaqlaşmağın nəticəsi kimi qorxunc bir zövqsüzlük və monotonluq hakimdir.

Təbiətdəki bütün gözəlliklər uca Rəbbimizin sənət əsəridir. Biz sənətin möhtəşəmliyini Rəbbimizin əsərlərinə baxmaqla anlaya bilərik. Belə ki, yer üzündə haradasa bütün texnoloji alətlər Allahın yaratdıqlarının təqlid edilməsi ilə inkişaf etdirilmişdir. Texnologiya üçün yaradılan gözəlliklərin varlığı bir nemətdir. Məsələn, təyyarə istehsalı7nda insanlar Allahın yaratdığı quşları və bəzi milçək növlərini təqlid edirlər. Bu təyyarələr canlılardan ilham alınmaqla inkişaf etdirildiyi üçün mükəmməl uçuş və manevr qabiliyyətinə malikdir.  Bu, üstünlükdür; çünki təbiətdə onsuz da yaradılan və mükəmməl işləyən nümunə vardır. Bu nümunə Allahın bütün mühəndislərə model olaraq verdiyi hədiyyədir. Hazırkı texnoloji dünya, həyatımızı asanlaşdıran və rahatlığımızı artıran hər cür elmi inkişaf təbiətdəki sənət əsərlərinin nüsxəsindən ibarətdir. Allah təbiətdəkiləri də, texnoloji təqlidlərini də bizim üçün nemət olaraq yaradır.