Dünyada, həqiqətən, İslam şəriətini tətbiq edən ölkə olsa idi, necə olardı? Həmin ölkədə elm və incəsənət çox inkişaf edərdi, təhsil və yaşayış səviyyəsi yüksək olardı. Bu ölkə sülh tərəfdarı olardı və bütün dünya xalqları ilə birləşmək istəyərdi. Musəviləri, xristianları qoynuna alardı, hər düşüncə sahibi ilə dost olardı. Özündən çox ehtiyacı olanı düşünərdi, dünyaya asayiş və güvənlik gətirməyə çalışardı. Bununla belə, bütün problemləri həll etməyə çalışan, sevgi dolu ölkə olardı. Bu ölkənin əhalisi keyfiyyət anlayışına sahib olmaqla yanaşı, ultra modern və ultra demokratik həyat tərzinə malik olardı. Hər fikir rahatlıqla söylənə bilər, hər düşüncə sərbəst şəkildə açıqlana bilərdi. Lakin eyni zamanda təhqir və şiddət qətiyyən olmazdı. Quranda yoxsulun qorunmasına, yəni öz nəfsindən əvvəl qardaşının nəfsini düşünməyə əsaslanan həyat forması hakim olardı. Elə buna görə də yoxsul qalmazdı. Belə bir sistem dünyadakı bütün insanların rahat yaşadığı, hər kəsin xoşbəxt olduğu mükəmməl sistem olardı.
Bu təsvir indiki zamanda İslam dövləti adını alan ölkələrlə müqayisə olunarsa, aradakı fərq o dəqiqə anlaşılar. Hal-hazırda şəriət adından yaşanan sistemlər qəti şəkildə İslam şəriəti deyil. İslam şəriətinin yaşanması üçün din xurafatlardan tamamilə təmizlənməli və yuxarıda bildirdiyimiz kimi, Quranda təriflənən bütün təsvirlərə uyğun olmalıdır.
Bunun həyata keçməsi üçün isə İslam adı ilə idarə olunan ölkənin rəhbəri xurafata görə deyil, tam mənası ilə Qurana görə hərəkət etməlidir. Qurana tabe olan müsəlman liderin üç əsas xüsusiyyəti olur: şəfqətli, demokratik və ədalətli olmaq. Bu xüsusiyyətlərə görə həmin lider daima etibarlı olur. Quran əxlaqını tam şəkildə tətbiq edən müsəlman liderin himayəsindəki insanlar azadlığın yer üzündə daha əvvəl görünməmiş ən mükəmməl formasına şahid olarlar. Heç kimə dini məsuliyyət yüklənməz, hər kəs öz inancına görə hərəkət edər. Hər kəs istədiyi sözü demək haqqına sahib olar. Heç kəsə qarşı ayrı-seçkilik edilməz. Ədalət hər kəs üçün bərabər şəkildə ayaqda saxlanılar. Bəzən vəziyyət müsəlmanların əleyhinə olsa da, “Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” (Nisa surəsi, 135) ayəsinə əsasən, ədalət mütləq yerini tapar.
I Beləliklə, şəriəti anlamaq üçün İslam şəriətinə əməl etdiyini deyən ölkələrə deyil, Qurana nəzər yetirmək lazımdır. İslam Quranla gəlmişdir. Buna görə də İslam şəriəti yalnız Qurandadır və açıq-aşkardır. Qurandakı ədalət, demokratiya və azadlıq sistemlərini tətbiq etməyən ölkənin şəriət mövzusuna nümunə göstərilməsi mümkün deyil.
Bu saydığım gözəllikləri ehtiva edən Qurandakı həqiqi şəriətin tətbiq olunmaması və bunun yerinə vəhşiliyin İslam şəriəti kimi tanıdılması, əlbəttə, çox vahiməlidir. Lakin bunun həll yolu Quranı günahkar çıxarmaq deyil. İslamı günahkar sayanlar, ümumiyyətlə, radikalizmin, vəhşiliyin və şiddətin yeganə həll yolunu əngəlləməklə daha da zərər gətirirlər. Həqiqi İslamın gücünü qırmağa çalışaraq radikallara daha çox yol açırlar. Radikalizmin və yanlış inancların ortadan qaldırılmasının tək yolu doğru İslam anlayışının təbliğidir. Yəni ortada yanlış inanc problemi var. Yanlış inancların ortadan qalxması üçün yerinə mütləq doğru inanclar qoyulmalıdır.

