Bildiyimiz kimi məzhəblər, təriqətlər, firqələr dini o qədər hissəyə bölüblər ki, artıq İslam tanınmaz bir hala düşüb. Ayələri misal göstərərək “Əsl İslamı” sizə Qurandan göstərəcəyəm. Yəni Quranı oxumaqla heç bir şeyxə, mollaya, məzhəb imamına ehtiyac olmadan İslam dinini anlamaq və yaşamaq mümkündür.
- İslamın əsas meyarı təslimiyyət, barış deməkdir. Hz. İbrahim ilə yeni bir səviyyəyə çatan (4:125, 22:78), bütün nəbilər və rəsullar tərəfindən çatdırılan bu ilahi sistem Allah tərəfindən bu kəlmə ilə tanıdılır (5:111; 10:72; 98:5).
- Ancaq Allaha təslim olmaqdır (2:112,131; 4:125; 6:71; 22:34; 40:66).
- Yaradılışımızdakı sistemdir (30:30).
- Nəyinsə doğruluğunu qəbul etmək üçün qarışıqlığa və duyğuya deyil ağıla müraciət etməmizi istəyər (17:36; 4:174; 8:42; 10:100; 11:17; 74:30-31).
- Məlumat, öyrətmək və öyrənməyə önəm verər (35:28; 4:162; 9:122; 22:54; 27:40; 29:44, 49).
- İnsanın yaradılışını elmi olaraq araşdırmağımızı deyər (29:20).
- Allah ilə bəndəsi arasına din adamlarının və şəfaətçilərin girməsini rədd edər (2:48; 9:31-34).
- Dindən gəlir götürməyi qadağan edər (9:34; 2:41, 79, 174; 5:44; 9:9).
- Hər kəsin yaşamaq haqqına hörmət göstərər (5:32).
- Şəxsin özəl həyatına hörmət göstərilməsini əmr edər (49:12).
- Şahidlik edəcək şəxsləri təhdidlərdən qoruyar (2:282).
- Birinin günahını başqasına yükləməz (53:38).
- İmkansızlara baxmağımızı və kömək etməyimizi istər (6:141; 7:156).
- İnsanları irqə və cinsə görə ayırmaz (49:13).
- Qadınları kişilər ilə bərabər görər (3:195; 4:124; 16:97).
- Haqqı tapdalananlara arxa çıxmağımızı əmr edər (4:75).
- İnsanları doğruluq və gözəl əxlaqda yarışmağı təşviq edər (16:90).
- Əxlaqi dəyərlərin yüksək tutulmasını istəyər (25:63-76; 31:12-20; 23:1-11).
- Allah qatında tək dinin İslam olduğunu bildirər (3:19, 85).
Son olaraq qeyd edim ki, sülh və təslimiyyət dini olan İslamın ilahi sisteminin yerini almağa çalışmış üləma tərəfindən yaradılan hədis, sünnət, məzhəb qaydaları dinə o qədər uydurmalar əlavə etmişdir ki, insanın xəyal gücünə sığmaz. Nə qədər ki, Quranın içindəkiləri bilməyəcəyik o qədər də bizi din adına, Allah adına aldadacaqlar.

