Əsas olan Quranın mənası, onun ruhudur

Dünya problemlərinin həlli Quran əxlaqındadır

Əsrlər boyu insanların üz-üzə gəldikləri problemlərə çıxış yolu tapıla bilməmələrinin səbəbi həllin həmişə səhv sistem və inanclarda axtarılmış olmasıdır. Halbuki çıxış yolu Allahın insanlar üçün seçib bəyəndiyi Quran əxlaqındadır. Dünyanın bu həll edilməmiş problemləriylə razılaşmaq, hadisələrə tamaşaçı qalmaq və ya bütün bu problemlərin həll edilməsini uzaq və qeyri-mümkün kimi görmək böyük bir səhv olar. Çünki bütün insanları yaradan Allah onların ən rahat olacaqları, rifah, dinclik və etimad duyğusu içində yaşayacaqları sistemi də yaratmış və bunu insanlara Quran vasitəçiliyi ilə bildirmişdir.

Allahın “O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik”. (Nəhl surəsi, 89) ayəsində də bildirdiyi kimi Quran hər mövzuda insanlara yol göstərici bir Kitabdır.

Allahın Quranda bildirdiyi əxlaq, bütün xurafatlardan təmizlənmiş halda insanlara izah edildiyi və insanlar Quran əxlaqını yaşamağa təşviq edildikləri təqdirdə, dünyada mövcud olan bütün problemlər həll ediləcək.

Unudulmamalı olan və olduqca əhəmiyyətli olan bir başqa məqam isə budur: İmanı və Quran əxlaqını yaşamağın bir sirri olaraq Allah insanlara dünyada da gözəl bir həyat vəd edir. Buna görə də Quran əxlaqı həm problemləri çıxış yolu olar, həm də sonsuz mərhəmət sahibi olan Allah Quran əxlaqını yaşayan insanları dünyada gözəl və problemsiz bir həyatla mükafatlandırar:

Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)

Həll Quran əxlaqında olduğuna görə Quranın bütün insanlara izah edilməsi vicdan sahibi insanların boynuna düşən böyük və əhəmiyyətli bir məsuliyyətdir:

Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir”. (Yasin surəsi, 17)