Çöl arıları digər arılardan fərqli olaraq, torpaqda yaşayır və yalnız erkəklər uça bilirlər. Buna görə cütləşmək istəyən dişilər bitkilərin hündür saplarına dırmaşmalıdırlar. Yalnız bundan sonra dişi “cütləşmə qoxusu” yayır və erkəyin onu tapmasını gözləyir. Erkək çöl arılarının xüsusiyyəti ondadır ki, dişilərdən iki həftə əvvəl yumurtadan çıxırlar. Bu, Cənubi Avstraliyada yaşayan çəkic səhləb çiçəyi üçün bir üstünlükdür, çünki bu səhləb çiçəyinin xüsusiyyəti çöl arısının dişisinə bənzəməsidir. Erkək çöl arıları ortada görünməyə başlayanda səhləb çiçəyi bu fürsətdən istifadə edərək çiçəklənir və dişi arısının ətrinə bənzər qoxu yayır. Erkək çöl arısı çiçəyi dişi arı zənn edir və cütləşməyə çalışarkən çiçəyin içinə düşür. Çiçəkdən çıxmağa çalışarkən tozcuq kisələri arının bədəninin müxtəlif hissələrinə yapışır. Tozcuqları daşıyan arı digər çiçəklərə gedəndə çiçək döllənir. (Malcolm Wilkins, Plant Watching, səh.143)
Erkək arı və dişi arıya bənzəyən çiçək
