Ərəbcə bilməmək

Allah, Quranı ərəbcə kitab olaraq endirdiyini bildirir

Allah, Quranı ərəbcə kitab olaraq endirdiyini bildirir. Əlbəttə ki, digər dillərə edilən tərcümələri də Quranın ayələrini başa düşmək, Allahı tanımaq, imanın əsaslarını, ibadətlərin əsas xüsuslarını öyrənmək, öyüd-nəsihət alıb təfəkkür etmək üçün lazımlıdır.

Ərəbcə dünyanın ən dərin və zəngin dillərindən biridir. Çox üstün bir izahat texnikası və söz bazası vardır. Ancaq bu vəziyyəti yanlış göstərib, Quranı ərəblərə nazil olmuş bir kitab, ərəbləri isə seçilmiş bir qövm olaraq göstərməyə çalışmaq da Quran əxlaqına zidd bir izah olar. Həmçinin, Quranın “Bu Quran aləmlərə ancaq xatırlatmadır” xatırlatmaq məqsədilə endirildiyi Sad surəsinin 87-ci ayəsində xəbər verilir. Bu cür izahlar müxtəlif vaxtlarda öz ağıllarına görə Qurana və İslama zərər vermək istəyənlər tərəfindən cahil kütlələrə təsir etmək məqsədiylə istifadə edilər. Əlbəttə, bu faydasız bir səydir. Həmçinin, bu cür boş sözlərin nə dərəcə əsassız və pis niyyətli olduğunu başa düşmək üçün Quranı oxumaq kifayətdir.