Təğabun surəsi, 15-ci ayə. “Mallarınız və uşaqlarınız sizin üçün ancaq bir sınaqdır.” deyir Allah. Baxın, “mallarınız və uşaqlarınız”, bəzi insanların ən çox başlarını qatdıqları mövzulardan biridir. “Böyük mükafat Allah dərgahındadır.” Məqsədiniz yalnız Allahın razılığı olsun, deyir. Allah dünyada mallarınızı, uşaqlarınızı, həyat yoldaşlarınızı bütləşdirməyin, deyir. Əsas hədəf halına gətirməyin. “Elə isə” deyir Allah, “güc çatdıra bildiyiniz qədər Allahdan qorxub çəkinin.” Ən son iradənizlə, ən son diqqətinizlə. “Dinləyin və itaət edin. Öz nəfsinizə xeyir (ən böyük fayda) olmaq üzrə infaq edin.” Yəni kasıba, ehtiyacı olan insanlara paylayın. “Kim nəfsinin eqoist ehtiraslarından (ya da xəsislikdən) qorunsa;” eqoist, xəsis olmazsa “məhz onlar, nicat (qurtuluş) tapanlardır.” Eqoist, xəsis olmayan insan çox hüzur vericidir. Eqoist insan da çox çətindir, çox iztirab verər.
“Əgər Allaha gözəl bir borc verəcək olsanız,” yəni verdiyiniz hər pul Allaha borc olaraq verirsiniz, Allah sizə onu qat-qat ödəyəcək, deyir. Məsələn, kömək etmək, yemək vermək, paltar vermək, nə olsa. “Onu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah Şekurdur (şükrü qəbul edib çox lütf edən), Həlim (cəzanı verməkdə tələsməyəndir).” Şükrü qəbul edib lütf edən Həlimdir, mülayimdir.

