Ən üstün əməl

Heç nəyi Allahın rizasından, elçisinə itaətdən və Allah yolunda cəhd etməkdən üstün tutmamaq

Heç nəyi Allahın rizasından, elçisinə itaətdən və Allah yolunda cəhd etməkdən üstün tutmamaq lazımdır. Möminin həyatının tək məqsədi Allaha qulluq etməkdir. Bundan başqa bir məqsəd üzərində qurulmuş həyat Allahı inkar etmək və ya Ona şərik qoşmaq mənasına gəlir. Belə bir həyatın cəhənnəm ola bilər.

Başqa sözlə, dünya həyatı mömin üçün vasitədir. Mömin həyatının hər anını Allaha yaxınlaşmaq və Onun dininə xidmət etmək üçün istifadə etməlidir. Lakin insan bu vasitəni həyatının məqsədinə çevirərsə böyük bir təhlükə ilə üzləşmiş olur.

Möminin həyat məqsədi ancaq Allaha qulluq etməkdir, buna görə də iman gətirdiyi andan dünyadan üz çevirmişdir. Allah möminlərin bir xüsusiyyətini Quranda belə bildirir:

Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

Möminlər sahib olduqları hər şeyi Allah rizasını qazanmağa həsr edirlər. Buna görə də mallarını və canlarını Allah yolunda infaq etməkdən çəkinmirlər. Allahın bütün əmrlərini şövqlə yerinə yetirirlər. Allah bir nemət bəxş etsə Ona şükür edərək istifadə edirlər.

Bu xüsusiyyətlərə sahib olan mömin heç bir fədakarlıqdan çəkinmir. Dünyadakı heç nə onu mübarizəsindən (cəhd etməkdən) yayındıra bilməz. Allahın əmrini yerinə yetirmək üçün dünyanın ən gözəl nemətlərini bir kənara qoyub ölümə belə getməyə hazırdırlar. Bundan başqa əxlaqın sonu peşmançılıqdır. Allah bu barədə belə hökm verir:

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz. (Tövbə surəsi, 24)

Peyğəmbərimizə tabe olan səhabələrdə iman o qədər güclü idi ki, döyüşə getməkdən çəkinmək əvəzinə, Peyğəmbərin yanında döyüşə getmək üçün hər yola əl atırdılar. Getmək imkanı olmayanlar isə ağlayırdılar. Allah bu saleh möminlərlə, mübarizədən qaçanlar arasındakı fərqi belə bildirir:

Allah və Peyğəmbəri üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. Minik təmin etməyin üçün sənin yanına gəldiklərində: “Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, – dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur. Ancaq zəngin olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər qınanmalıdırlar. Onlar arxadakılarla birlikdə qalmağa razı oldular. Allah onların qəlbinə möhür vurmuşdur. Onlar artıq anlamazlar. (Tövbə surəsi, 91-93)