İnsanların geniş şəkildə tətbiq etdikləri bəzi davranış formaları vardır ki, baxıldığında bunlar əslində səhv deyil. Amma, o mövzuda göstərilə biləcək “ən gözəl davranış” da deyil. Səhv olmadığı üçün insanlar arasında çox diqqət çəkməyə bilər ya da çox böyük bir narahatçılıq meydana gətirməyə bilər. Amma əslində bəzən nəzakətə, bəzən sevgiyə, hörmətə, bəzən də incəliyə o qədər uyğun deyil. İnsan bir adamın davranışlarındakı hər hansı bu cür qüsuru əsasən, ondan daha gözəl əxlaqlı bir insan ilə qarşılaşdığında fərq edər. Bu şəkildə, iki insan eyni mühitdə olduqda, ünsiyyətdə və davranışlardakı fərqlər daha çox diqqət çəkməyə başlayar. Beləliklə də insan həmin an, bu adı qoyulmayan, lakin səhv olduğu hiss edilən davranışlar haqqında daha dəqiq qənaətə gələr. İnsanlar gündəlik həyatdakı söhbətlərdə və ətrafdakı şəxslərin davranışlarda bu cür hadisələrə tez-tez rast gəlirlər. Məsələn, bəzən bir insan zarafat edir, ancaq bu zarafat oradakı insanlarda istənilən təsiri meydana gətirmir. Zarafatdakı məqsəd, mühiti şənləndirmək, insanlar arasında yaxınlıq, xoş əhval-ruhiyyə meydana gətirməkdir. Ancaq bəzən zarafat gözlənilən nəticəni vermir.
Tam tərsinə, zarafatın mövzusu, istifadə edilən yanlış bir söz, yersiz bir gülüş, zarafatın lazım olduğundan artıq uzadılması, zarafat ilə müəyyən bir adamın hədəf alınması, qarşı tərəfi razı etməyən, onu pərt edəcək bir üslubdan istifadə edilməsi, o mühiti sevindirmək yerinə narahatlıq meydana gəlməsinə səbəb ola bilər. Bəlkə də zarafat edən insan həqiqətən də yaxşı niyyətlidir. Söyləyəcəyi sözlərin təsirini tam olaraq anlamadığı və ya istəmədən yanlış sözlər seçdiyi üçün belə bir davranış göstərə bilər. Ancaq bunları əvvəlcədən düşünərək davrana bilmək də gözəl əxlaqın gərəyidir. İnsan ağılını, vicdanını istifadə edərək, deyilə biləcək ən gözəl söz və davranışı seçməklə məsuldur. Bu səbəbdən ən gözəl olanı, insanın bütün bunları düşünə biləcək əxlaqa sahib olmasıdır.

