Möminlər üçün uca Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc mənbəyidir.
Möminlər Allahın varlığına imanla böyük xoşbəxtlik və mənəvi güc qazanırlar. Allahı dost tutmaları və Onun rizasına uyğun davranmalarının əvəzində Allahın onlara verdiyi mənəvi güclə daima şövqlü olurlar. İmanın gücü həmişə daha üstün, öndə gedən, nümunəvi insan olmalarına səbəb olur.
Allahın rizasını və cənnətini qazanmağa ümid bəslədiklərinə görə mənəvi gücləri getdikcə artır və Allahın Quranda tərif etdiyi üstün əxlaqı mənimsəyirlər. Yaxşı işlər görməyin sevinci onları başqa yaxşı işlər görməyə sövq edir. Nə qədər çox çalışsalar da, yorulmazlar. Daima çevik, fəal və şən olurlar. Allah Onun rizası üçün səmimi cəhd edən qullarının imanına iman qataraq güclərini daima artırar. Allah Quranda möminlərə dayanmadan çalışmağı belə əmr edir:
Elə ki azad oldun, çalış! Və Rəbbinə üz tut! (İnşirah surəsi, 7-8)

