Emosionallıq: Şeytanın oyunu

Şeytanın insanları hiyləgərcəsinə Quran əxlaqından uzaqlaşdırmaq üçün istifadə etdiyi davranış

Şeytanın insanları hiyləgərcəsinə Quran əxlaqından uzaqlaşdırmaq üçün istifadə etdiyi davranış pozuntularından biri də; “emosionallıq”dır. Emosional düşünməyə başlayan bir insan ağılla düşünməkdən uzaqlaşar, doğru və məqsədəuyğun düşünə bilmə qabiliyyətini itirər. Quranı meyar qəbul etməklə deyil, duyğularını meyar qəbul etməklə hərəkət etməyə başlayar. Xüsusən də kin, qəzəb, qısqanclıq, eqoizm və ya qürur kimi pis xüsusiyyətlərlə dolu olan nəfsin təlqinləri, bu ruh halını yaşayan insanları yönləndirən əsas qüvvəyə çevrilər. Bu mərhələdən sonra isə şeytanın işi olduqca asanlaşmış olar. Bu insanı istədiyi kimi təsiri altına alıb yönləndirə biləcək.

Həqiqətən də emosionallığı həyat tərzi kimi yaşamağa başlayan insanlar, böyük təhlükəyə doğru sürüklənərlər. Emosionallıq, din əxlaqını lazımınca yaşamalarına maneə törədəcək, Allahın razı olacağı əməllərdən uzaqlaşmalarına səbəb olacaq.

Şeytanın təsiri ilə belə ruh halı içərisinə girən insanlar bir müddət sonra emosionallıqdan səssiz dil kimi istifadə etməyə başlayarlar. Allah bir ayədə; “…şeytan, onların etdikləri əməlləri bəzəyib cəlbedici etdi və onları haqq yoldan çıxartdı. Halbuki onlar görə bilən insanlar idilər” (Ənkəbut surəsi 38) deyə buyurur. Ayədə şüurları açıq, ağıllı düşünə bilən, pis əməllərdən çəkinə bilən insanlar olduqları halda, Quran əxlaqı əvəzinə şeytanın üsullarıyla hərəkət edən insanların doğru yoldan azacağı bildirilmişdir.

Bu insanlar emosionallıqdan ətrafındakı insanlara qarşı fürsət kimi istifadə edərlər. Çətin vəziyyətdə qaldıqları məqamlarda insanları öz anlayışlarına görə səmimi, xoşniyyətli və günahsız olduqlarına inandıra bilməyin ən yaxşı yolunun emosionallığa müraciət etmək olduğunu düşünərlər. Eynilə bu rəftarı kin, qəzəb, qısqanclıq kimi içlərində gizlətdikləri pislikləri kənara əks etdirməyin, inad edərək istədiklərini əldə etməyin, zəif nöqtələrini gizlətməyə çalışmağın da bir yolu hesab edərlər. Şeytanın təlqinləri nəticəsində bu xarakterə bürünərək ətrafındakı insanlara çox təfsilatlı mesajlar verə bilərlər.