Emosionallıq ağlı necə örtür?

Əlbəttə hər insan, sevgi, şəfqət, mərhəmət, qorxu kimi duyğularla birlikdə yaradılmışdır

Əlbəttə hər insan, sevgi, şəfqət, mərhəmət, qorxu kimi duyğularla birlikdə yaradılmışdır. Bu duyğulara sahib olmaq insani xüsusiyyətlərdəndir. Burada vurğulamaq istədiyim mövzu isə, bir insanın sağlam və stabil ruh halına sahib ola bilməsi üçün, bu duyğularını imanı və ağlı ilə idarəsi altında tutması və istiqamətləndirməsidir. Məsələn sevgi insana, onu yoxdan var edən, ruzi və nemət verən və ona sonsuz xoşbəxtlik dolu həyat vəd edən Allaha qarşı hiss etməsi üçün verilmişdir. Daha sonra da, Allahı sevən və Allahın da sevdiyi kəslərə qarşı, yəni möminlərə qarşı yönəldilməsi lazım olan duyğudur. İnsanlara qarşı yönəldilən sevgidə ölçü, şəxsin Allaha olan yaxınlığı, Allahın sərhədlərini qorumada göstərdiyi həssaslıq, Allah qorxusu yəni təqvasıdır. Bütün bu sevgilər də yenə Allah üçün və Allahın təcəllilərinə qarşı yönəldilən sevgilərdir. Allaha və dinə qarşı düşmənçilik bəsləyənlərə qarşı içdən sevgi bəslənməsi Quranda möminlərə haram edilmişdir.

Allah möminlərə ancaq Özündən qorxmalarını, başqa heç kimdən və heç bir şeydən qorxmamalarını əmr etmişdir. Çünki hər kəsin və hər şeyin varlığı Allahın hakimiyyətindədir. Allahdan başqa heç bir güc, qüvvət sahibi yoxdur və özündən başqa qorxulmağa layiq olan bir varlıq da yoxdur.

Hissləri ilə davranan insan isə bəzən öz mənfəətinə maneə törədəcək çox sadə bir mövzuda belə böyük bir hirsə qapıla bilər. Hadisələr istədiyi kimi baş vermədikdə, ani bir əsəblə hərəkət edə bilər. İçindəki aqressiya ilə bir anda mühakiməsi tamamilə bağlanıb, düşüncəsiz hərəkətlər edə bilər.

Gördüyümüz kimi insan, Allahın yaratdığı duyğuları yenə Allahın razılığını qazanmağa yönəltməlidir. Yəni Allahın razı olmadığı sevgi anlayışını, qorxu və hirsi özündə saxlamamalıdır. Əks halda Allahın rizasını deyil, duyğularının göstərdiyi yolu mənimsəmiş olar. Bu da başlı başına şirkdir.

İnsanda yaradılışdan var olan bu duyğular, ağlın nəzarətindən çıxdıqda, emosionallıq dediyimiz xəstəlik başlayır. Duyğuları insanın davranışını, danışığını, hərəkətlərini, düşüncələrini, hadisələrə yanaşmasını idarə etməyə başlayır. İnsan artıq ağlının idarəsindən çıxıb duyğularının idarəsi altına girmişdir. Belə bir insanın duyğuları ağlının önünə sədd çəkmiş, ağlını örtmüşdür.

Emosionallıq insanı həqiqətlərdən uzaqlaşdırır. Emosional insanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri həqiqi olmayan bir dünyanı yaşamaq istəmələridir. Bu ruh halındakı insan sanki xəyal aləmində yaşayır. Həqiqətlərlə arasındakı rabitə son dərəcə zəifdir. Ağlın və məntiqin yerini duyğular, həqiqətlərin yerini isə xəyal və boş düşüncələr almışdır. Bu baxımdan emosional bir adamla dialoq qura bilmək, onunla məsləhətləşmək, tövsiyələr etmək o qədər də mümkün deyil. Əslində emosionallıq, psixiatriya dilində “şizofreniya” olaraq bilinən ruh xəstəliyinin, yüngül bir şəklidir (Şizofreniya xəstələri, həqiqətlərdən tamamilə qopub və öz xəyal dünyalarında yaşayırlar).

Emosional insanların vəziyyətini televiziya qarşısında oturub film seyr edən bir insanın ağlamasına bənzədə bilərik: Belə bir şəxs həqiqətlərdən o qədər uzaqlaşmışdır ki, filmdə oynadığı roldan pul alan, hətta bəlkə də real həyatda hər cür pis əxlaq yaşayan insanın filmdəki roluna görə ona kədərlənir və ağlayır. Bu, ağıllı bir adamın düşməyəcəyi emosional vəziyyətin insanı həqiqətlərdən necə ayırdığını, nə qədər qeyri-sağlam düşünməyə vadar etdiyini açıqca göstərir. Bu səhv dünyagörüşü gündəlik həyatda yaşanan hadisələrə də əks olunur.

Emosional insanların əksəriyyətini əli-qolu bağlı oturan, yalnız ağlamaqla kifayətlənən, gileylənib şikayət edən amma bu gileylənməyi, narahatlığı yalnız sözdə qalan şəxslər olduqlarına şahid olarıq. Məsələn bir yaxınının qəzaya düşdüyü xəbəri gəlir, bunda mütləq bir xeyr olduğunu, ardından da necə kömək edə biləcəyini düşünmək əvəzinə, emosional bir insan ağlamağa, huşunu itirməyə başlayır. Həkim, dərman, vəziyyəti kafimi kimi ağıllı suallar soruşmaq, vəziyyətin həssaslığını və edə biləcəyi köməyi öyrənmək əvəzinə, şəxsən özü təsəlliyə, köməyə möhtac vəziyyətə düşür.

Və ya yanında olan birinin birdən pisləşdiyini görür. Amma bu adama təcili yardım çağırmaq əvəzinə təlaşlanmağa, çaxnaşma yaratmağa, heyfsilənməyə, şüursuz və ağılsız reaksiyalar verməyə başlaya bilir. Olanları izah etməyi tələb edəndə hadisəni də danışa bilmir, qısacası yaşadığı emosionallıq ağlını istifadə edə bilməz hala gətirdiyindən belə bir şəxslə bütün əlaqə kəsilir.

Ya da özünün mühüm bir narahatlığı vardır. Ancaq bunu bildiyi halda həkimə getdiyində ciddi bir xəstəlik diaqnozu ilə qarşılaşacağını, belə bir vəziyyətdə də qorxub kədərlənəcəyini düşünərək xəstəliyinin əlamətlərini əhəmiyyətli hesab etmir. Ağıllı davrandığında ala biləcəyi tədbirləri görməməzlikdən gələrək, xəstəliyini müalicə etdirmə fürsətini də itirir.

Nümunələrini daha da çoxalda biləcəyimiz emosional insanların göstərdikləri bu tərz ağılsız reaksiyalar, həqiqətdən uzaq məntiq son dərəcə ciddi (həyati) nəticələr də doğura bilir. Nəticədə bu şəxslər şeytanın da təsiri ilə ətrafında baş verən və neqativ kimi görünən hadisələrdən elə sarsılırlar ki, şəxsən özləri kömək ediləsi, təskinlik veriləsi şəxslər olurlar. Halbuki bir az ağıl istifadə edərək, yaşadıqları hadisələr qarşısında məqsədə uyğun qərarlar alaraq problemləri həll edə bilmə imkanları vardır.

Gördüyümüz kimi emosional insanlar problemləri həll edə bilən, insanları istiqamətləndirən deyil də nəzarət edilən, sahib çıxılan, insanlara yük olan kəslərdir. Bütün bunların nəticəsində də bu insanlar ağıl istifadə edə bilməyən, bədbəxt, narahat, hər kəsə problem yaradan insanlar olurlar. Məsələn emosional bir şəxsin yanında köməyə möhtac biri olduqda, bu adama kömək etmək yerinə heyiflənməyi, “təəssüf” kimi ifadələri istifadə etməyi yetərli görürlər. Belə bir vəziyyətdə ağıl tamamilə geri plana atılmışdır. Buna görə də, bu anlayışdakı bir şəxsdən əsl mənada fayda gözləmək səhv olur. Allah Quranda bu insanlarla möminlərin fərqini belə izah edir:

Allah iki nəfəri də misal gətirdi; onlardan biri laldır, heç bir şey bacarmır və ağası üçün bir yükdür. Ağası onu hara göndərsə, bir xeyir gətirməz. O və doğru yolda olub ədaləti əmr edən kimsə eyni ola bilərmi? (Nəhl surəsi, 76)

Möminlər hadisələrə emosional deyil ağıllı reaksiyalar verirlər və hər vəziyyətdə ayədə ifadə edildiyi kimi “ədalətlə əmr edir”, yəni doğru olanın edilməsini təmin edərlər. Yaşadıqları hər hadisənin Allahın təqdiri ilə olduğunu bildiklərindən və Allahın dilədiyindən başqa heç bir şeyə güclərinin çatmayacağını dərk edib, bunun təslimiyyəti və rahatlığını yaşayırlar. Gözlənilməz reaksiyalar vermir, ümidsizliyə əsla qapılmır, pessimist olmurlar. Çatışmazlıq kimi görünən hadisələri belə Allahın onlar üçün gözəllik olaraq yaratdığını anlayırlar.

Emosionallığın təhlükəli tərəflərindən biri də bu insana ruhi vəziyyətinin səhv olduğu izah etdikdə, bunu qəti olaraq qəbul etməməsi, hətta belə bir ehtimalı dinləməyi də rədd etməsidir. Romantik bir şəxs ona kənardan gələn fikrə elə bağlıdır ki, dərhal haqsızlığa uğradığı hissinə qapılaraq ya kədərlənib ağlamağa başlayır, ya da küsüb içinə qapanır. Bu baxımdan romantik bir şəxsi tənqid etmək, bir şeyi xatırlatmaq, məsləhət vermək mümkün olmur.

Emosionallıq, insanlara küsəyən xarakter qazandırır. Bunun nəticəsi olaraq bu insanlar hər deyilənin altında fərqli bir mesaj olduğunu düşünərək, son dərəcə fərqli və şişirdilmiş nəticələr çıxarda bilirlər. Həmçinin heç bir şərh etmədən uzun müddət danışmama, üzünü turşutma, salamlaşmama kimi etiraz üsulları istifadə edə bilirlər. Həqiqi düşünə bilmədiklərindən ya da həqiqətlərlə üz-üzə gəlməkdən çəkindiklərində özlərini düzəltmələri də mümkün olmur. Bu zehniyyətdəki insanlar deyilən hər sözü ya haqsızlıq olaraq qiymətləndirərlər, ya da ümidsizliyə qapılaraq özlərinə böyük əzab verirlər. Necə ki, Allah bədbəxtliyi seçən bu cür insanlardan bir ayədə belə bəhs edir:

Allahdan qorxan nəsihəti qəbul edəcəkdir. Bədbəxt (inkar edən) isə ondan uzaq duracaqdır. (Əla surəsi, 10-11)

Nəticədə, hisslərinin əmri ilə hərəkət etdiklərinə görə gündən günə şüurları bağlanan insanlar bu vəziyyətdən təmizlənmədikcə dini qavramaları və yaşamaları mümkün olmur. Romantik, ağılsız bir insan sağlam mühakimə qabiliyyətindən, tutarlı bir məntiqdən məhrumdur.

Mömin üçün çox sadə olan bir mövzuda ziddiyyətlərə, şübhələrə düşür və vəsvəsələrlə boğuşurlar. Ağıllı insanlar üçün öyüd olan Quranı anlaya bilmir, ondan öyüd ala bilmir, Allahı yetərincə təqdir edə bilmir, özünün, ətrafında, kainatda baş verən hadisələrin yaradılış hikmətini, dünyanın, cənnətin, cəhənnəmin yaranma səbəblərini qavraya bilmirlər. Allahdan başqa ilah olmamasının nə mənanı verdiyini anlamırlar. Bu cür insanın hər fikri, hər düşüncəsi, hər məqsədi, hər niyyəti, hər davranışı bir şirkdən başqa bir şirkə aparır.

Bu, şeytanın insanları Allahın yolundan sapdırma üsullarındandır. Quranda şeytanın insanları cəhənnəmə aparmaq üçün hər cür üsulu istifadə edəcəyi belə bildirilmişdir:

Allah ona (şeytana) lənət etmiş, o isə demişdi: “Mütləq, bəndələrindən müəyyən bir qismini ələ keçirəcəyəm. Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür. (Şeytan) onlara vəd verər və onları ümidləndirər. Ancaq şeytanın onlara vəd verməsi, yalandan başqa bir şey deyildir. (Nisa surəsi, 118-120)

Allahın bu ayələrini bilərək şeytanın vəsvəsəsindən üz çevirən, hisslərinin təsirinə qapılmadan ağılını istifadə edən bir şəxs həqiqətləri dəqiq və aydın görür və ona görə davranır. Emosionallıqdan bəsirəti bağlanmış bir şəxsin içindən çıxa bilmədiyi, çox qarışıq, ziddiyyətli, açıqlanmayan mövzular, ağıllı bir möminin gözündə son dərəcə asan, açıq, dəqiq və sadədir. Emosionallığın arxasından sürünən insanlar ağlını bir kənara qoyub, özlərini şeytanın iradəsinə təslim etmiş bir şəkildə şirkin qaranlığı və bataqlığı içində əbədi əzablarına doğru sürünməyə davam edirlər.