Əmanət deyildiyi zaman bu, yalnız məhdud mənada, yəni verilən bir şeyi müəyyən müddətə saxlamaq kimi anlaşılmamalıdır. Hər bir vəzifə və məsuliyyət insan üzərində əmanətdir. Həmin vəzifə lazımi şəkildə yerinə yetirilməzsə, əmanətə xəyanət edilmiş anlamına gəlir.
Quranda tərif edilən mömin dürüst, əmin və məsuliyyətli bir insandır. O, kiçik məsələlərin, kiçik mənfəətlərin ardınca qaçmaz. Buna görə də ona verilən hər bir əhdi yerinə yetirdiyi və ya daşıdığı əmanətə ən gözəl şəkildə riayət etdiyi üçün tam etibar edilir. (Muminun surəsi, 8, Məaric surəsi, 32, Bəqərə surəsi, 177).
Söz vermək və əmanət saxlamaq məsələsində bir insanın daşımaq iqtidarında olmadığı bir yükün altına girməsi doğru deyil. Çünki verilən əhdə riayət etməmək, əmanətə xəyanət etməyin hesabı Allah dərgahında sovrulacaqdır. (İsra surəsi, 34, Ənfal surəsi, 27).
Burada mühüm olan məqam insanın bacaracağı işlərin öhdəsindən gələ bilməmək qorxusu, tənbəllik və buna bənzər səbəblərdən məsuliyyətdən qaçmamasıdır. Bacarmayacağı bir işi boynuna götürmək kimi, bacaracağı xeyirli bir işdən, məsuliyyətdən yayınmaq da insan üçün günah ola bilər. Məsuliyyət daşımaq hər zaman insanın öz seçiminə bağlı deyil. Hələ Allahın əmri kimi qəti itaət tələb edən hallarda möminin öz istəyi ilə seçim haqqı yoxdur.
Allah yolunda mübarizə aparılarkən hər kəsə öz təcrübəsinə və qabiliyyətinə görə müxtəlif vəzifələr verilə bilər. “Bacarmaram, mən bu məsuliyyətin altından çıxa bilmərəm” kimi səbəblər gətirməyin heç bir mənası yoxdur. Möminin tam bir itaət, saf bir niyyət və səmimi bir dua ilə ona verilən məsuliyyəti tam şəkildə yerinə yetirə bilməməsi üçün heç bir səbəb yoxdur.

