Elmin yeganə sahibi olan Rəbbimizin yaratdığı canlılara verdiyi xüsusiyyətlər onların bir anda yaradıldıqlarını sübut edir

Quşların təkamülü iddiasının iflası

Təkamülçülər, quşların bir şəkildə təkamül keçirmiş olmalarının lazım olduğuna inandıqları üçün, bu canlıların sürünənlərdən meydana gəldiklərini iddia edirlər. Halbuki, quruda yaşayan canlılardan tam fərqli bir quruluşa sahib quşların heç bir bədən mexanizmi, mərhələli təkamül modeli ilə açıqlana biləcək vəziyyətdə deyil. Hər şeydən əvvəl quşu quş edən ən əhəmiyyətli xüsusiyyət, yəni qanadlar, təkamül üçün çox böyük bir düyün nöqtəsidir. Türk təkamülçülərdən Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə etiraf edir:

“Gözlərin və qanadların ortaq xüsusiyyəti, ancaq tamamilə təkmilləşdikləri təqdirdə vəzifələrini yerinə yetirə bilmələridir. Digər bir sözlə, əskik gözlə görmək, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə meydana gəldiyi təbiətin hələ də yaxşı açıqlanmamış sirlərindən biri kimi qalmışdır”. (Engin Korur, “Gözlerin ve Kanatların Sırrı”, Bilim ve Teknik, oktyabr 1984, Sayı 203, səh. 25.)

Göründüyü kimi, qanadların bu qüsursuz quruluşunun necə olub da, bir-birinin ardınca baş verən təsadüfi mutasiyalar nəticəsində əmələ gəldiyi sualı tamamilə cavabsızdır. Bir sürünənin ön ayaqlarının, genlərində meydana gələn pozulma (mutasiya) nəticəsində necə qüsursuz bir qanada çevriləcəyini əsla izah etmək mümkün olmur.

Həmçinin, quruda yaşayan bir canlının quşa çevrilə bilməsi üçün yalnız qanadlarının olması da kifayət deyil. Quruda yaşayan bir canlı, quşların uçmaq üçün istifadə etdikləri digər bir çox strukturlu mexanizmdən məhrumdur. Məsələn, quşların sümükləri quruda yaşayan digər canlılara nisbətən daha çox yüngüldür. Ağciyərləri daha çox fərqli bir quruluş və funksiyaya malikdir. Müxtəlif bir əzələ və skelet quruluşuna sahibdirlər və daha xüsusiləşmiş bir ürək-damar sistemləri vardır. Bu mexanizmlər, yavaş-yavaş, “yığılaraq” meydana gələ bilməz. Buna görə də quruda yaşayan canlıların quşlara çevrilməsi nəzəriyyəsi tam bir cəfəngiyyatdır.