Elm Allah qatındadır

Din ilə elmin uyğunluğu

Din ilə elmin daima uyğunluq təşkil etdiyi açıq-aydın həqiqətdir. Bu uyğunluğun bir göstəricisi də keçmişdə və dövrümüzdə yaşayan, kəşfləri ilə bəşəriyyətə mühüm töhfələr vermiş imanlı elm adamlarıdır.

Əsrlərdir dinin təmin etdiyi azad, məhdudiyyətsiz ağıllı düşüncə qabiliyyətindən istifadə edərək elmə böyük töhfələr vermiş bir çox elm adamı var. Bu insanlar həm elmin din ilə tam uyğunluq içində olduğunu göstərmiş, həm də elmə və bəşəriyyətə böyük xidmət göstərmişlər. Nyuton, Kepler, Leonardo da Vinçi, Eynşteyn kimi elm tarixinə istiqamət verən tanınmış alimlər apardıqları müşahidə və tədqiqatlar nəticəsində kainatı yaradanın Allah olduğunu və hər şeyin Allahın hökmü altında olduğunu bildiriblər. Habelə, elmin əsas prinsipləri inanclı şəxslər tərəfindən irəli sürülmüş və müasir elmin meydana gəlməsində mühüm rolu olmuşdur.

Elmlə məşğul olan, yeni kəşflər edən bir elm adamı, əslində, Allahın yaratdığı sənəti dərindən tədqiq edən, təfərrüatları tutmağa çalışan insandır. Bu səbəbdən də dinlə elm ayrılmaz bütündür və elm adamı Allahın sonsuz gücünü, sənətini, bənzərsiz yaratmasını üzə çıxaran şəxsdir. Ona görə, elm adamları Allahın varlığını tez dərk edən insanlardır.