ƏLİYY — Çox Uca Olan

Allah bəşər övladı ilə ancaq vəhy ilə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allahın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir! (Şura surəsi, 51)

Bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah ucadır. Göylərin, yerin və bu ikisinin arasında olanların yeganə sahibi Odur. O, uca məqamların da sahibidir. Allah aləmlərdən münəzzəhdir.