Əlindən gələn cəhdin ən çoxunu etmək

İnsanın ağlına batmayan bir mövzu olanda nəfsi buna bəhanə tapır

İnsanın ağlına batmayan bir mövzu olanda nəfsi buna bəhanə tapır. Nəfsin əsas bəhanələrindən biri də “Əgər şərait olsaydı, mən də belə olardım” deməsidir. Bununla o, boynuna düşən vəzifəni yerinə yetirməməyinin səbəbini vəziyyətlə əlaqələndirib özünü müdafiə edir.

İnsan özünü bu bəhanəyə tam inandırır və həmişə istədiyi “o şəraitin” meydana gəlməsini gözləyir. Hədəfə yönəlib o mövzunu həll etmək əvəzinə, bütün diqqətini əvvəlcə öz istədiyi şəraitin yaranıb-yaranmadığına yönəldir. Bu səhv düşüncəsinin nəticəsində göstərməli olduğu cəhdi yerinə yetirmək üçün özündə güc tapa bilmir. Bu şəkildə aylarla, illərlə vaxtını itirir.

Şübhəsiz ki, bu, çox yanlış bir məntiqdir. Əvvəla, insanın ağlı çox məhduddur. İnsan bir mövzu barəsində çox məhdud dünyagörüşü ilə düşünür. Allah isə sonsuz ağıl sahibidir. Allah hadisələri hərtərəfli (gizlisi, aşkarı, əvvəli və axırı ilə), ən yaxşı şəkildə biləndir. Buna görə də Allah bir hadisəni müəyyən şərtlərlə yaradırsa, bunda çox böyük hikmətlər vardır. Çünki bu şərtlər sonsuz ağılın təcəllisidir. Deməli, insan təxirə saldığı cəhdi mövcud şəraitdə göstərməlidir. Allah bunda xeyir görür və insanı bu şəraitdə sınayır.

Bundan başqa, əgər şərtlər uyğun olmasa, Allah insandan o rəftarı göstərməsini onsuz da istəməz. Çünki Allah Quranda bir insana qüvvəsi çatdığından çoxunu yükləməyəcəyini bildirmişdir. Bu səbəbdən, insanın “Ancaq belə olsa, mən bunları edə bilərəm” şəklində düşünməsi tamamilə yanlışdır.

Eyni zamanda, insanın gözlədiyi şərtlər ona həqiqətən vacib görünsə belə, sırf buna görə etməli olduğu bir şeyi gələcək zamana saxlaması doğru deyil. Əgər Allahın razılığı insanın bir mövzuda səy göstərməsini tələb edirsə, o zaman möminin bunu təxirə salması vicdana uyğun olmaz.