İnsan yaradılışında olan ən əsas xüsusiyyətlərdən biri “istəmək”dir. Allah, insanın ruhuna gözəlliklərə, nemətlərə qarşı, həyatının sonuna qədər bitməyəcək istəklər vermişdir. Dolayısı ilə dünyada, ona nemət verilməsindən, yaxşılıq edilməsindən, gözəlliklərin bəxş edilməsindən həzz almayan insan yoxdur.
Ancaq insanların böyük əksəriyyəti bu istəklərinə, əmək sərf etmədən, özlərini çətinliyə salmadan nail olmaq istəyirlər. Dünyanın ən gözəl nemətləri, daima qarşılıqsız olaraq önlərinə gəlsin; insanlar onlara qarşı ən gözəl əxlaqı göstərsin; sıxıntı, çətinlik, yoxluq onlara heç təsir etməsin; hər işləri ola biləcək ən asan şəkildə həll olunsun; həyatları həmişə arzuladıqları kimi keçsin; xəstəliklər, çətinliklər, acizliklər, səbir etməyi, əmək sərf etməyi, iradə nümayiş etdirməyin lazım olduğu hadisələr həmişə onlardan uzaq olsun istəyirlər…
Halbuki Allah insanın ruhunda yaxşılıqlara, gözəlliklərə və nemətlərə qarşı meyl yaradarkən, insanın bu nəticəni əldə etməsi üçün “əmək sərf etməsini” də istəmişdir. Allah, ancaq həyatını ağıllarından istifadə edərək, yaxşılığa, xeyir işlərə nail olmaq üçün keçirən qulları üçün cənnəti müjdələmişdir. Quranda, yaxşılığa, xeyirli işlər görmək üçün çalışan insanlara göstərməyi hökmlü olduqları bu “ömür boyu, fasiləsiz olaraq göstəriləcək səy”in vacib olduğu xatırladılmışdır.
Bunlar dünya və axirət həyatında gözəlliklərin olmasını istəyən hər insanın əsla unutmayacağı qəti həqiqətdir. Möminin məsul olduğu, həyatının sonuna kimi Allah rizası üçün əmək sərf etmək, səy göstərmək, xeyir işlərdə yarışmaq və bu yolda yorulmaqdır.
“Sözsüz ki, çətinliklə bərabər asanlıq da vardır. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! (Ancaq) Rəbbinə üz tut!” (İnşirah surəsi, 5-8)

