Birlik, həmrəylik, dostluq, fədakarlıq, köməkləşmə və buna bənzər xüsusiyyətlər Quran əxlaqının təməlini meydana gətirən gözəlliklərdən bəziləridir. İslam dinində insanlar həmişə xoşxasiyyətli, sevgi və barış dolu, insanların bir-birlərinə qarşı anlayış göstərdikləri, dinc bir mühitdə yaşayarlar. Bu xüsusiyyətlərə sahib olanlar isə hər zaman surətlə inkişaf edər və güc qazana bilərlər. Çünki, birlik və bərabərlik təmin edildiyində, cəmiyyətin fərdləri güc və enerjilərini müzakirələrə, qarşıdurmalara, döyüşlərə deyil, həmişə xeyir və gözəllik dolu işlərə istiqamətləndirəcəklər. Ayrıca hər kəsin əməyini, gücünü, həvəsini, bir-birinə maddi və mənəvi olaraq dəstək verdiyi işlərdə böyük bir bərəkət və gözəllik meydana gələcək. Ancaq hər şeydən əhəmiyyətlisi birlik və bərabərlik içində xeyir üçün çalışan insanlara Allah qatında kömək, dəstək və güc veriləcəyi müjdələnmişdir. Bu səbəblə Allah bəzi ayələrində möminlərə bir-birləri ilə mübahisə etməməklərini, yoxsa güclərinin gedəcəyini və zəif düşəcəklərini xatırlatmışdır. Bu ayələrdən biri belədir:
Allah və Onun peyğəmbərinə itaət edin. Bir-birinizlə mübahisə etməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! (Ənfal Surəsi, 46)
Yaxşı insanlar və dostlar arasında birləşdirici bir rol almaq Allahın tövsiyə etdiyi bir əxlaqdır. Xüsusilə pis insanların azğınlıqlarının artdığı bir dövrdə möminlər arasında inciklik, küsəyənlik, çəkişmə kimi şeytanın pis əməlləri qəti olaraq uzaqlaşdırılmalıdır. Bu cür vəziyyətləri aradan qaldırmaq üçün səy göstərən, birləşdirici və güzəştə getmək gözəl bir ibadətdir. Allah bunu bir ayəsində belə bildirir:
Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız! (Hucucat Surəsi, 10)

