Elektronlar nüvənin ətrafında minlərlə km sürətlə fırlanır və heç biri digəri ilə toqquşmur

Atomları idarə edən qüdrət

Beynimizdəki atomların hansının idarəedici olduğunu demək absurddur. İnsanlar, heyvanlar, bitkilər, daş-torpaq, hava, su, əşyalar, planetlər – hər şey atomdan yaranıbsa, kainatdakı bu sonsuz saydakı atomlar bir-biri ilə necə uyğunlaşır və necə sabit sistemlər yaradır? Onların hamısı eyni zərrəciklərdən ibarətdirsə, içlərindən biri necə “idarəedici” ola bilər? Bunu iddia etmək ya işi təsadüflərə bağlamaq, ya da aləmləri yaradan Allahın varlığını danmaq, Quranda da deyildiyi kimi, “vicdanları qəbul etdiyi halda, zülm və lovğalıqdan Rəbbini inkar etmək”dir. (Nəml surəsi, 14)

Düşünün ki, atomların müxtəlif şəkillərdə bir araya gəlməsi ilə formalaşan insan dünyaya gəlir, atomlarla qidalanır, böyüyür. Sonra atomlardan ibarət binada atomlardan ibarət kitabları oxuyur. Sonra ona atomlardan ibarət olan və üzərində “atom mühəndisi” yazılan bir diplom verirlər. Sonra da bu mühəndis “bu atomlar şüursuzdur, onların möhtəşəm nizamı də təsadüfən yaranıb” kimi sözlər deyir. Əgər belədirsə, onun özü bunları demək üçün tələb olunan şüur, iradə və zəkanı haradan alır?

Kainatda canlı-cansız nə varsa, hamısını əmələ gətirən atomların öz-özünə və ya təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Hələ də kainatın təsadüfən yaranaraq bugünkü hala gəldiyini düşünənlərə söylədiyimiz hz. İbrahimin inkarçılara dediyindən artıq olmayacaq:

“Allahın verdiyi hökmranlıq üzündən İbrahimlə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim “Mənim Tanrım həm öldürür, həm də dirildir”, – dediyi zaman o, “mən də həm dirildir, həm də öldürürəm”, – demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur”, – dedikdə, o kafir dönüb qalmışdı. Həqiqətən, Allah özünə zülm edənləri düz yola yönəltməz!” (Bəqərə surəsi, 258)