Elektrik siqnallarından ibarət olan kainat

İnsanların çoxunun təməl yanılması, əslində Allahın varlığını inkar etməyən, ancaq səhv Allah

İnsanların çoxunun təməl yanılması, əslində Allahın varlığını inkar etməyən, ancaq səhv Allah inancına sahib olmasıdır. Cəmiyyətin əksəriyyətini meydana gətirən bu kəslər, yaradılışı rədd etməzlər, ancaq Allahın “harada” olduğuna dair maraqlı batil inancları vardır: Çoxu, Allahın “göydə” olduğunu sanar. Şüuraltındakı düşüncəyə görə, Allah çox uzaqlardakı bir planetin arxasındadır və çox nadir olaraq “dünya işlərinə” müdaxilə edər. Ya da heç etməz; kainatı yaratmış və buraxmışdır, insanlar öz talelərini özləri yazarlar…

Bəziləri də Quranın Allahın “hər yerdə” olduğunu eşitmişlər, lakin bunun mənasını tam olaraq anlaya bilməzlər. Şüuraltındakı batil düşüncə; Allahın radio dalğaları ya da görünməz, hiss edilməz bir qaz kimi, maddələri bürüdüyü şəklindədir.

Halbuki bu düşüncə və başdan bəri saydığımız, Allahın “harada” olduğunu heç cür həll edə bilməyən (bəlkə də buna görə Onu inkar edən) düşüncələr, ortaq səhvə söykənməkdədirlər: Heç bir təməli olmayan bir ön fikri mənimsəməkdə, ondan sonra da Allah ilə əlaqədar olaraq zənlərə qapılmaqdadırlar.

Nədir bu ön fikir? Bu ön fikir maddənin varlığı və xüsusiyyəti ilə əlaqədardır. Maddənin var olduğu mövzusunda elə şərtlənmişik ki, görəsən həqiqətən vardırmı, yoxsa yalnız bir kölgə varlıqdırmı deyə, heç düşünməmişik. Halbuki müasir elm, bu ön fikri də yıxaraq, çox əhəmiyyətli və təsir edici bir həqiqəti ortaya qoymaqdadır: Maddə yoxdur.

Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğumuz vasitəsi ilə gəlir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Anadan olandan etibarən bu duyğulara bağlı olduğumuz üçün “xarici dünya”nın, duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.

Halbuki, bu gün bir çox elm sahəsində edilən araşdırmalar son dərəcə fərqli bir anlayışı özü ilə gətirmiş, hisslərimiz və qəbul etdiyimiz dünya ilə əlaqədar ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.

Bu yeni anlayışın nəticəsi isə budur: Bizim “xarici dünya” hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, ananız, atanız, ailəniz, sahibi olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir.

Frederick Vester elmin bu mövzuda gəldiyi nöqtəni belə ifadə edir:

“Bəzi mütəfəkkirlərin, “insan bir xəyaldır, əslində bütün yaşananlar keçici və aldadıcıdır, bu kainat bir kölgədir” şəklindəki sözləri indiki vaxtda elmi olaraq sübut edilmiş kimidir.” (Frederick Vester, “Düşünmək, Öyrənmək, Unutmaq”, səh. 6)

Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya” ya da “kainat” dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

Məsələn, meyvə yeyən biri, əslində meyvənin beynində əmələ gələn surəti ilə ünsiyyətdədir, əsli ilə deyil. Adamın “meyvə” deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrik halında olan məlumatın beyində qəbul edilib şərh edilməsindən ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar. Və ya burundakı qəbul edicilərdən beyinə uzanan sinirdəki bir qopuqluq, qoxu qəbulunuzu tamamilə ortadan qaldırar. Çünki meyvə, bəzi elektrik siqnallarını beynin şərh etməsindən başqa bir şey deyil.

Üzərində düşünüləcək ayrı bir mövzu da uzaqlıq hissidir. Uzaqlıq, məsələn əlinizdəki telefonla aranızdakı məsafə, yalnız beyninizdə meydana gələn bir boşluq hissidir. Bir insanın özündən çox uzaqda sandığı maddələr də əslində beyninin içindədir. Məsələn insan göyə baxıb ulduzları seyr edər və bunların milyonlarla işıq ili uzaqda olduqlarını sanar. Halbuki ulduzlar onun içində, beynindəki görüntü mərkəzindədirlər. Bu yazıları oxuyarkən içində oturduğunuzu sandığınız otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməniz, sizi otağının içində olduğunuza inandırar. Ancaq bunu unutmayın; bədəniniz də beyninizdə əmələ gələn bir görüntüdür.

Digər bütün hissləriniz üçün də eyni vəziyyət keçərlidir. Məsələn, siz yan otaqdakı televizorun səsini eşitdiyinizi sanarkən əslində beyninizin içindəki səslə ünsiyyətdəsiz. Nə yanda bir otaq olduğunu, nə də o otaqdakı bir televizordan səs gəldiyini isbat etməniz mümkün deyil. Metrlərcə uzaqdan gəldiyini sandığınız səs də, yanınızdakı adamın danışması da əslində beyninizdəki bir neçə kub santimlik eşitmə mərkəzində qəbul edilməkdədir. Bu qəbul mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmaz; səsin gəldiyi bir istiqamət yoxdur.

Qəbul etdiyiniz qoxular da belədir; heç biri uzaq bir məsafədən sizə çatmaz. Qoxu alma mərkəzinizdə əmələ gələn kimyəvi təsirləri, çöldəki maddələrin qoxusu zənn edərsiniz. Halbuki bir gülün görünüşü necə ki, görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu hiss etmə mərkəzinizin içindədir; çöldə nə gül vardır, nə də ona aid bir qoxu…

Çünki hisslərimizin bizə tanıtdığı “xarici dünya”, eyni anda beynimizə gələn “elektrik siqnallarının bütünü”ndən başqa bir şey deyil. Beynimiz həyatımız boyunca bu siqnalları qiymətləndirər. Biz də bunları maddənin “çöldəki” əsli sanaraq yanıldığımızın fərqində olmadan bir ömür sürərik. Yanılarıq, çünki hisslərimizlə maddənin əslinə heç vaxt çata bilmərik.

“Xarici dünya” sandığımız siqnalları şərh edib mənalı hala gətirən də, yenə bizim beynimizdir. Məsələn, eşitmə qəbulunu ələ alaq. Qulağımızın içinə gələn səs dalğalarının şərhini edərək onu bir simfoniyaya çevirən əslində beynimizdir. Yəni musiqi, beynimizin meydana gətirdiyi bir duyğudur. Rəngləri görərkən də əslində gözümüzə çatan yalnız işığın fərqli dalğa boylarıdır. Bu fərqli dalğa boylarını rənglərə çevirən yenə beynimizdir. “Xarici dünyada” rəng yoxdur. Nə alma qırmızı, nə səma mavi, nə də ağaclar yaşıldır. Onlar, yalnız elə qəbul etdiyimiz üçün elədirlər. “Xarici dünya”, tamamilə qəbul edənə bağlıdır.

Necə ki, gözdəki retinada əmələ gələn kiçik bir pozuqluq rəng korluğuna səbəb olar. Bəzi insan mavini yaşıl, bəzisi qırmızını mavi, bəzisi də rəngləri bozun müxtəlif tonları şəklində görər. Bu nöqtədən sonra çöldəki obyektin rəngli olub olmaması əhəmiyyətli deyil.

Məşhur fikir adamı Berkeley də bu həqiqətə bu sözləri ilə diqqət çəkməkdədir:

“İlkin olaraq rənglərin, qoxuların və s. “həqiqətən var olduğu” sanıldı; amma daha sonra, bu növ görüşlər rədd edildi və görüldü ki, bunlar duyğularımız sayəsində vardır. (“Treaties Concerning the Principles of Human Knowledge”, 1710, Works of Corc Berkeley, cild 1, 1871)

Nəticə olaraq; biz obyektləri onlar rəngli olduğuna, ya da çöldə maddi bir varlığa sahib olduqlarına görə rəngli görmərik. Çünki, varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər, “xarici dünyada” deyil, içimizdədir.