Əksəriyyətin tətbiq etdiyi sistem mütləq doğrudur?

İnsanların çoxu iman gətirən deyildir

Allahın dinindən uzaq yaşayan cəmiyyətlərdəki ümumi qənaət çoxluğun hər zaman haqlı olacağı istiqamətindədir. Halbuki bu, insanların gəldiyi tamamilə yanlış bir nəticədir. Allah bizə Quranda “… insanların əksəriyyəti iman gətirən deyildir.” (Yusif surəsi, 103) deyə xəbər vermişdir. Və yenə ayələrində bu iman etməyən çoxluğa uyanların da zərər içində olacağını bildirmişdir.

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

Bütün bunlardan anlayırıq ki, hər dövrdə inananlar azlıq, Allahın dinindən uzaq olanlar isə çoxluğu təşkil edəcək. Və bu vəziyyət Allaha iman edən və cəmiyyətin təqdim etdiyi “Adamlıq dini”ndən uzaq yaşayan insanların qiymətini qat-qat artıracaq.