Əksdiyyətə uymaq səhvdir

Bir çox insanın yol verdiyi səhvlərdən biri, insanların əksəriyyətinin uyduğu və ya inandığı

Bir çox insanın yol verdiyi səhvlərdən biri, insanların əksəriyyətinin uyduğu və ya inandığı şeyin doğru olduğudur. Hətta bir çox insan, göstərdiyi bir rəftarının və ya inancının səbəbini soruşduqda, insanların çoxunun belə etdiyini deyərlər. Halbuki Allah Quranda çoxluğa uymağın azdırıcı olduğunu bildirir:

Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan danışarlar. (Ənam surəsi, 116)

Allah bir başqa ayəsində isə insanların çoxunun iman etməyəcəyini bildirir:

Sən nə qədər istəsən də, insanların çoxu iman gətirəsi deyil. (Yusif surəsi, 103)

Maidə surəsində isə “murdar” olanların çox olacağı bildirilmiş, ağıl sahibi insanlara isə bunlardan çəkinmələri belə əmr edilmişdir.

De: “Pisin (haramın) çoxluğu xoşuna gəlsə belə pis və yaxşı (haram və halal) eyni ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Maidə surəsi, 100)

Buna görə də, əksəriyyətin nə etdiyi, nəyə inandığı, nəyi müdafiə etdiyi bir insan üçün heç vaxt etibarlı qaynaq və ölçü ola bilməz. İnsanlar, “sürü psixologiyası” ilə çoxluğun etdiyini etmək meylindədirlər. Ancaq Allahın Quranda bildirdiyi bu sirrə uyan möminlər, çoxluğa deyil, yalnız Allahın əmrlərinə və dininə uyarlar. Tək belə qalsalar, inanclarından və yollarından əsla şübhəyə düşməzlər.