Çəkişmək zəifləməyə səbəb olar

Möminlərə Quranda bildirilən ən əhəmiyyətli sirlərdən biri də, aralarında çəkişməmələri, əks

Möminlərə Quranda bildirilən ən əhəmiyyətli sirlərdən biri də, aralarında çəkişməmələri, əks halda güclərinin azalacağı, birliklərinin pozulacağı və zəifləyəcəyi xəbər verilir.

Qurana uyğun olan, təvazökar, heç bir mövzuda ehtirası olmayan, ara düzəldən, asanlıq gətirən bir əxlaqdır. Bunun əksi olduğunda, insanlar arasında çəkişmələr, ixtilaflar olacaq. Əlbəttə ki, hər insan fərqli düşüncələrə sahib ola bilər. Məsələn, bir mövzunun həlli üçün 20 insan 20 fərqli fikir təklif edə bilər. Bunların hər biri özlüyündə haqlı, doğru və ya tutarlı ola bilər. Ancaq, hər kəs öz istəyinin olması üçün israr etdiyində qarışıqlıq və ixtilaf çıxacağı açıqdır. Bu vəziyyətdə bu 20 adam bir olacağı yerdə, öz fikrini qəbul etdirmək üçün, qardaşlarıyla mübahisəyə girişəcək və əsl lazım olan xeyirlər axsayacaq. Bu səbəbdən bu 20 adamın bütün gücü gedəcək, aralarındakı birlik və qardaşlıq pozulacaq.

Halbuki nəinki möminlər bir-birləriylə çəkişmək, hətta bir-birlərinə qarşı son dərəcə fədakar olmalı, bir-birlərini çox sevməli, çox güclü həmrəylik və yardımlaşma içində olmalıdırlar. Xüsusilə, çətinlik zamanlarında, həmişəkindən çox Allahı zikr etməli, bir-birlərinə qarşı həmişəkindən daha çox anlayışlı və yol göstərən olmalıdırlar. Çəkişmək necə güc alarsa, birlik də əksinə möminlərə güc verər. Allah bir başqa ayəsində möminlər dost və köməkçi olmazlarsa, dünyanın fitnə və təxribatçılıq içində olacağını fərqli bir sirr olaraq vermişdir.

Heç bir müsəlman, bir başqa qardaşıyla arasındakı çəkişmə üçün “bundan nə olar?” deməməlidir. Çünki Allahın bildirdiyinə görə bu, müsəlmanların gücdən düşməsi deməkdir və bunun müsəlman üzərində məsuliyyəti olar. Müsəlmanlar bir-birlərinin səhvlərini, qüsurlarını araşdırmamalı, şəfqət və mərhəmətlə bir-birlərini tamamlamalıdırlar. Bunun nəticəsində, bütün güclərini Allahın dinini, Quran əxlaqını insanların arasında yayacaq, insanlara Allahın varlığının dəlillərini izah edəcək elmi işlərə verə bilər və bütün insanlığa böyük xidmət edə bilərlər.