Əhzab Surəsi, 41-44-cü Ayələr

Ey iman gətirənlər! Allahı tez-tez yada salın! Səhər-axşam Onun şəninə təriflər deyin! Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir. Möminlərin Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. Allah onlara olduqca gözəl mükafat hazırlamışdır. (Əhzab surəsi, 41-44)