Allah aranızdan camaatı cihaddan çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar. Çünki sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır. (Əhzab surəsi, 18-19)
Əhzab Surəsi, 18-19-cu Ayələr
