Əhd sandığı

Əhd sandığı” Allahın dünyaya son hədiyyəsidir

“Əhd sandığı” Allahın dünyaya son hədiyyəsidir. İnsanların imanının artması üçün, həyəcanlarının (şövqlərinin) artması üçün, əmin olmanın yüksək olması üçün son hədiyyədir. Quranda xüsusi ilə bəhs olunan bir nemətdir. Çünki möcüzəvidir. İçində 3500 illik manna var. Yəni mannanın necə düzəldilməsinə baxa bilərlər. Tapıldıqdan sonra tarixini, yəni qədimiliyini də araşdıra bilərlər. Hz. Yusifin köynəyi olacaq içində. Saymaqla bitməz, içi doludur. Hz. Süleymanın üzüyü də var. Çox həyəcan vericidir bu üzük.

Kəbənin altında da xəzinə var. Onu da, ayrıca araşdırılıb baxılacaq. Kəbənin binasının tam altındadır. Hədislərdə keçir bu barədə. Bunu Peyğəmbərimiz bildirir və Mehdi dövründə açılacağını deyir. Çox qədimdir, hz. İbrahimin dövründən qalma əlamətlər, nemətlər, gözəlliklər var. İnsanlar çox təəcüblənəcəklər.

Heç bilinməyən şeylər var. Əslində, Allah heç bir yerin açılmasına icazə vermədi. Nə piramidaların içinə baxıldı, nə də Nəmrudun məzarı açıldı. Nəmrudun məzarı eyni zamanda mason məbədidir. Amma daşlarla örtülüdür. Eyni şəkildə, Təbəriyyə gölünün dibində saxlanılan xəzinə də daşlarla örtülüdür. Hz. Süleymanın sandığını orada olmalıdır. Üstünə daş yığılıb. İndiyə qədər heç kim “gəlin bunu açaq” demir, çünki Hz. Mehdini gözləyirlər.

Amma tabutu-səkinə o qədər də asanlıqla tapılmaya bilər. Bu, bir az vaxt alacaq. Allahu aləm, 2033-cü ildə tapıla bilər. Tabutu-səkinə, Quranda ayədə keçir, hz. Süleymanın sandığıdır. Bəqərə surəsi, 248-ci ayədə Allah belə buyurur:

Peyğəmbərləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”. (Bəqərə surəsi, 248)

Bu çox böyük möcüzədir. Quran bir möcüzədən bəhs edir. Tabutu-səkinəni, qapağı açılanda əsəbi olan adamın əsəbləri möcüzəvi olaraq sakitləşər, insanların üzərinə möcüzəvi fərahlıq çökər. Bu, tabutu-səkinənin xüsusiyyətidir. İnsanlar bunu görəcək. Ona görə üstü örtülür. Həmişə örtülü saxlanılır, açıq saxlanılmaz. Açılanda dərhal rahatlıq və təhlükəsizlik hissi gəlir. Bu, möcüzədir. Həqiqətən feili olaraq baş verər. Həm də, “Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır”. Hz. Musadan qalanlar nədir? Əsasının parçası, tövratın daş lövhələri, manna.

Allah deyir: “Onu mələklər gətirəcək”. Yəni necə insanların yanında mələk varsa onun da, yanında mələklər var. “Əgər siz möminsinizsə,” –yəni iman edirsinizsə, səmimisinizsə- “bu sizin üçün bir dəlildir”. Bu, nəyin dəlilidir, nəyi sübut edir? Mehdiyyəti, İslam Birliyini və Allahın vədinin haqq olduğunu sübut edir. “Dəlil vardır” görəcəksiniz mənasını verir. “Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir” Əbcədi 2033-cü ili verir.