Əgər imanı olmasa, insan həyat eşqini itirər

Kamil imana qısa yolla çatmaq

Kamil iman sahibi olmaq uzun sürən səy nəticəsində əldə ediləcək bir şey deyil. Allah bir ayədə “Səni ən asan olana müvəffəq edərik” (Əla surəsi, 8) şəklində bildirmişdir. İnsan kamil mənada bir imana qısa bir müddətdə çata bilər. O günə qədər necə həyat sürməyindən asılı olmayaraq, bu bir anlıq qərarı ilə həyatının qalan hissəsini Allahın məmnun olacağı şəkildə keçirə bilər. Dinin təqdim etdiyi gözəl əxlaqı nöqsansız şəkildə yaşaya bilər.

İnsana verilən müddət qısadır. İnsan bu dünyada, bəlkə, bir “göz qırpımında” və ya “gündüzün ancaq bir saatı” qədər bir müddət həyat sürəcək. Bu vəziyyətdə ona verilən bu məhdud müddət ərzində zamanla yarışmalı və gözəl davranışlar göstərməyə çalışmalı, Kamil imanı yaşamağa tələsməlidir. Allah bu müddətin sonunda təqvada davamlılıq göstərən, yarışıb önə keçən, Özünə yaxınlaşmaqda tələsən qullarına cənnəti vəd etmişdir. Orada onlar peyğəmbərlər, sadiqlər, şəhidlər və salehlərlə birlikdə olacaqlar və hər şeydən əhəmiyyətlisi, Rəbbimizə qovuşacaqlar. Allah orada onlara bir də “salam” olduğunu müjdələyir ki, möminlər üçün bu, ən gözəl mükafatlardan biridir:

Həqiqətən də, cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhmli Rəbb (onlara): “Salam” , – deyəcək. (Yasin surəsi, 55-58)