Əgər dostluqda Allah sevgisi və Allah qorxusu yoxdursa, qəddarlıq, xəyanət, vəfasızlıq ard-arda gələr

Sevgi Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir

Sevgi Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. Allah insan fitrətini sevməkdən və sevilməkdən, dostluqdan, yaxınlıqdan zövq alacaq, xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqına uyğun yaşayan insanlarla birlikdə olmaq, onlarla dostluq və sevgi içində yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha artıq zövq verir. Buna görə Allahın sevdiyi və razı qaldığı qullarına vəd verdiyi cənnət həqiqi sevginin, dostluğun və yaxınlığın əbədi olaraq böyük coşğunluqla yaşanacağı qeyri-adi gözəlliyə malik yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi ayələrdə daima sevinc, dostluq, sevgi, məhəbbət, gözəl söz və əmin-amanlıqdan bəhs edilir. Sevgi və dostluğun qarşısını alan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Allah bir ayədə cənnətə girən möminlərin qəlblərindən kinin çıxarıldığını bildirmişdir (Əraf surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, qəzəb, inciklik, küskünlük kimi sevgi və dostluğa mane olan bütün mənfi xüsusiyyətlər cənnətdən kənardır.

Cənnətlə müjdələnən müsəlmanların əsas xüsusiyyətlərindən biri onların dünya həyatında olarkən də Allahın elçilərini, peyğəmbərlərini və Allahın rizasını diləyən bütün müsəlmanları çox sevmələridir. Quranda möminlər arasındakı bu sevgi və dostluq belə bildirilir:

“Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, rüku edərək namaz qılır və zəkat verirlər” (Maidə surəsi, 55)