Peyğəmbərimiz (s.ə.v)-in insanları çəkindirdiyi ən əhəmiyyətli mövzulardan biri şirkdir. Quran ayələrində də göründüyü kimi Hz. Məhəmməd (s.ə.v) insanlara daim Allahın tək bir İlah olduğunu, Onun xaricində heç bir varlığın heç bir gücə sahib olmadığını söyləmiş və müşriklərə qarşı onları xəbərdar etmişdir. Qövmünə Allahın tək İlah olduğunu xatırladan Hz. Məhəmməd (s.ə.v) eyni zamanda, Allaha şərik qoşduqlarınız heç bir şeyi yaratmayacaqlarını, kimsəyə zərər verməyə və ya fayda verməyə gücləri çatmayacağını da müxtəlif şəkillərdə təbliğ etmişdir.
İnsanların bir çoxu Allahın varlığını qəbul edir ancaq, Allahın gücünü və böyüklüyünü təqdir edə bilmirlər, Allahdan başqa varlıqların özünə fayda gətirə biləcəyini zənn edərlər, tək dost və köməkçinin Allah olduğunu qavraya bilmirlər. Peyğəmbərimiz (s.ə.v) isə qövmünə bu həqiqətləri izah etmiş və onları şirkdən təmizləməyə çalışmışdır.
İnsanın tək dostu və qoruyucusu özünü yaradan Allahdır. Lakin Allahdan qorxmayan insanlar bunu qəbul etmək istəməzlər. Ancaq çətinlik anlarında, çarəsiz olduqlarında, bəzi hadisələrdə bu insanlar özlərinə Allahdan başqa heç kimin kömək edə bilməyəcəyini anlayırlar. Peyğəmbərimiz (s.ə.v) də, insanlara bu həqiqəti xatırlatmışdır. Bir çətinliyə, bir zərərə düşdüyü zaman, insanın, Allahdan başqa heç bir köməkçisi olmadığını söyləmişdir.
Peyğəmbərimiz (s.ə.v)-in də xatırlatdığı bu həqiqəti unutmayan möminlər bir çətinliklə qarşılaşmadan da, özlərinə tək kömək edə biləcək, onlardan çətinlikləri yox edən gücün Allah olduğunu bilirlər. Quranda belə buyurulur:
De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman, sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün (başqa) sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) şərik qoşursunuz”. (Ənam Surəsi, 63-64)
Peyğəmbərimiz (s.ə.v) hədisi-şəriflərində də, bütün müsəlmanları şirkə qarşı belə buyurmuşdur:
“Ən böyük günah Allah səni yaratdığı halda Ona şərik qoşmandır.”
Allah buyurur: “Bir adam bilsə ki, Mən qüdrət sahibiyəm, günahları bağışlayaram. O şirk etmədikcə Mən onu bağışlayaram.”
“Mənə görə sizin üçün dəccaldan daha çox qorxduğum şeyi xəbər verimmi? O, gizli şirkdir ki, bir insanın birinin mövqesinə göstəriş üçün əməl etməsidir.”
“Şirk, ümmətimdə düz yolda, qaranlıq gecədə, qarışqaların gəzməsindən daha gizlidir. Əlaməti, ədalətsizlikdən ötrü məhəbbət və ədalətdən ötrü də buğz etməkdir və Din, Allah üçün sevgi və Allah üçün buğzdan başqa nədir? Allah Təala buyurdu ki: “Əgər siz Allahı sevirsinizsə Mənə tabe olun ki, Allah da sizi sevsin. “

