Əgər bir çiçəyi Allahın yaratdığını bilir və ona baxanda bunu xatırlayırsınızsa, ona qətiyyən zərər vermək istəməyəcəksiniz

Qurana görə qadının yeri və qiyməti

Qurana əsasən qadın zərif, qayğı göstərilən bir çiçəkdir, amma eyni zamanda qərarlar verən, idarəçi ola bilən bir məqama da sahibdir. Peyğəmbərimiz (səv) ümmətinə həmişə müsəlman kişi ilə müsəlman qadının daşıdığı məsuliyyətlərinin eyni olduğunu bildirir. Buna görə də Allah Quranda kişi və qadın arasında ayrı-seçkilik salmadan “mömin kişilər və mömin qadınlar”-deyə xitab edir.

Peyğəmbərimiz (səv) qadınlara verdiyi dəyərlə, onlara göstərdiyi hörmət, sevgi, şəfqət və mərhəmətlə də bütün İslam dünyasına yol göstərib.

Qadını ikinci sinif varlıq kimi dəyərləndirən fikirlərin mənbəyi İslamdan əvvələ dayanır. Qədim ərəb cəmiyyətlərində qız uşağı olanda yaxşı qarşılamır və hətta onları diri-diri torpağa basdırırdılar. Hətta qadınların əşya kimi alınıb satıldığı dövrlər də olmuşdur. Lakin İslam və İslamın nuru olan Peyğəmbərimizin (səv) vəsiləsi ilə Allahın Quranda çiçəyə bənzətdiyi qadınlar ucaldılmışdır.

Peyğəmbərimiz (səv) qadınları Allahın bizə əmanəti kimi dəyərləndirərək baş tacı etmiş, onların azad olduğu, cəmiyyətdə qorxusuz, rahat gəzib-dolaşdığı, sadəcə təmizlik, yemək, paltar kimi ev işlərinin yüklənilmədiyi çox dəyər verilən bir sistem qurmuşdur.