Əfüvv — Əfvi Çox Olan

Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa surəsi, 149)

İnsan, yaradılış etibarı ilə səhv etməyə meyilli varlıqdır. Hər an bir çox mövzuda qüsurlu düşünə bilər, səhv qərar verə bilər, xəta edə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmazlıqları bilən Allah edilən səhvləri də əfv edəndir. Allahın əfvi olmazsa, heç bir insanın cənnətə girməsi mümkün olmazdı.