Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8)
Allah ədalətlilərin ən xeyirlisidir. Onun nizamı bütün kainatı ehtiva etmişdir. O, ədalətini dünyada və axirətdə qullarına göstərəcək. Hər şeyi haqqı ilə görən, hər şeyin daxilini, xaricini bilən, hər şeydən xəbərdar olan Allahın bütün işləri hikmətli və ədalətlidir.
