Əgər diləsəydik, onlara göydən bir möcüzə endirərdik, onlar da ona boyun əyərdilər. (Şuəra surəsi, 4)
Ayəsindəki “göydən bir möcüzə endirərdik” əbcəd hesabı miladi 2022-ci ili verməkdədir. Ayə 2022-ci ildə təfavüq elədi inşaAllah. Axırzaman əlaməti olduğu ortaya çıxdı. Yaşıl rəng hz. Xızıra işarədir eyni zamanda və səmadan işarə hz. İsaya işarədir. Hz. İsa doğrulduğu zaman dünyada Betlehəm ulduzu görülmüşdür.
1 fevral 2022-ci ildə Türkiyənin bir çox nöqtəsindən səmada yaşıl işıq saçan hərəkət halında bir cisim müşahidə edildi. İstanbul, İzmir, Antaliya, Bursa, Çanaqqala və Balıkəsir kimi çox sayda şəhərdə səmada, meteor olduğu ifadə edilən yaşıl işıq saçan bir cisim görüldü. Bu hadisə xalq arasında həyəcan meydana gətirərkən sosial mediada gündəm oldu. Bir çox insan bu görüntünün foto və videoları sosial mediada paylaşdı.

