Əbcəd hesabı və cifr

Ərəb əlifbasındakı hər hərfin ədədi dəyəri var

Ərəb əlifbasındakı hər hərfin ədədi dəyəri var. Başqa sözlə, hər bir hərf ərəbcə bir rəqəmə uyğun gəlir. Bundan istifadə etməklə müxtəlif hesablamalar aparılır. Bu hesaba “əbcəd hesabı” və ya “hisab-ı cüməl” deyilir.

Müsəlmanlar Əbcəd əlifbasının hər hərfinin bir rəqəmə uyğun olması xüsusiyyətindən yararlanaraq ondan müxtəlif sahələrdə istifadə ediblər. Cifr elm bu üsullardan biridir.

Cifr; Gələcəkdə baş verə biləcək hadisələr haqqında məlumat verən elmin adıdır. Buna uyğun olaraq simvolik formalara və hərflərin hərf-rəqəm ekvivalentlərinə edilən şərhlər bu sahə ilə məşğul olan insanların istifadə etdiyi üsullardan biridir. Əbcəd və Cifr üsulları arasındakı ən əhəmiyyətli fərq; Əbcəd baş verənlərin, cifr isə baş verəcəyi ehtimal olan elmdir.

Bu hesablama üsulu qədim dövrlərə gedib çıxan və Quranın nazil olmasından əvvəl də geniş şəkildə istifadə edilən bir yazı növüdür. Ərəb tarixindəki bütün hadisələr hərflərə ədədi qiymətlər verilməklə yazılmış və beləliklə də hər bir hadisənin tarixi qeyd edilmişdir. Bu tarixlər istifadə olunan hər hərfin xüsusi ədədi dəyərlərini əlavə etməklə əldə edilmişdir.

Qurandakı bəzi ayələri bu əbcəd üsulu ilə araşdırdıqda bu ayələrin mənalarına görə müəyyən tarixlərə uyğun gəldiyini görürük. Və bu ayələrdə qeyd olunan hadisələrin əbcəd hesabları ilə əldə edilən tarixlərdə baş verdiyini gördükdə, həmin ayələrdə hadisə ilə bağlı gizli bir işarənin olduğunu anlayırıq.

Əlif ا 1 Ha ح 8 sin س 60 Tə ت 400 Bə ب 2 Ti ط 9 `ayn ع 70 Sə ث 500 Cim ج 3 Ya ي 10 fa ف 80 Hi خ 600 Dal د 4 Kəf ك 20 Sad ص 90 Zəl ذ 700 Hə ه 5 Ləm ل 30 kaf ق 100 Dad ض 800 Vav و 6 Mim م 40 ra ر 200 Zi ظ 900 Zə ز 7 Nun ن 50 şin ش 300 Ğayn غ 1000

Misal üçün, Maidə surəsinin 92-ci ayəsində keçən ”…Bilin ki, elçimizin vəzifəsi ancaq açıq-aşkar bir təbliğdir.” ifadəsinin əbcəd dəyəri 2024-cü ilini verir.

ALLAHA İTAƏT EDİN, PEYĞƏMBƏRƏ DƏ İTAƏT EDİN VƏ ÇƏKİNİN. ƏGƏR ÜZ ÇEVİRSƏNİZ, BİLİN Kİ, ELÇİMİZİN VƏZİFƏSİ, ANCAQ AÇIQ-AŞKAR BİR TƏBLİĞDİR. (Maidə surəsi, 92)

“Fə ialəmuu ənnəma ala rəsulina əlbəlağu əlmubiynu”

80 + 148 + 142 + 110 + 347 + 1064 + 133 = 2024 Ənam surəsinin 55-ci ayəsində keçən; “…ayələrimizi beləcə bir-bir izah edirik.” ifadəsinin əbcəd dəyəri 2047-ci ili verməkdədir.

Həcc surəsinin 75-ci ayəsində keçən “Allah, mələklərdən elçilər seçər və insanlardan da…” ifadəsinin əbcəd hesabı 1986-cı ili göstərir.

Bəqərə surəsi, 208-ci ayədə keçən “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin” ifadəsinin əbcəd hesabı 1956 və 2016 tarixlərini göstərir.

Kəhf surəsinin 78-ci ayəsində keçən ”… Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm” ifadəsinin əbcəd hesabı 2041-ci ili göstərir.

Yasin surəsinin 14-cü ayəsində keçən; “… Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”“ ifadəsinin əbcədi 2005-ci il tarixini verir.

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. … (Nur surəsi, 55)

“onları da yer üzünün varisləri edəcək” Miladi: 2013

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ. (Saff surəsi, 13)

“Allah tərəfindən kömək və yaxın qələbə” Miladi: 1981

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)

“yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.” Miladi: 2051

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)

Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. Miladi: 1994

və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)

“Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı.” Miladi: 1993 Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. AXIR Kİ, HAQQ YERİNİ TAPDI VƏ ONLAR İSTƏMƏDİKLƏRİ HALDA ALLAHIN HÖKMÜ QƏLƏBƏ ÇALDI. (Tövbə surəsi, 48)

“AXIR Kİ, HAQQ YERİNİ TAPDI VƏ ONLAR İSTƏMƏDİKLƏRİ HALDA ALLAHIN HÖKMÜ QƏLƏBƏ ÇALDI.” Miladi: 2025