Duyğusallıq və romantizm

Romantizm, cahiliyyə cəmiyyətinin yaşamaqda heç bir qorxu görmədiyi, əksinə bəyənib təşviq

Romantizm, cahiliyyə cəmiyyətinin yaşamaqda heç bir qorxu görmədiyi, əksinə bəyənib təşviq etdiyi xüsusi həyat tərzidir. Romantik dünyagörüşünün, həyatı daha bəzəkli və daha rəngli hala gətirib, zənginləşdirdiyinə inanarlar. Bu səbəblə də bütün filmlərdə, romanlarda və şeirlərdə bu mövzunu göstərərək insanları, romantizmin özünə xas bir sehri olduğuna inandırmağa çalışarlar. Halbuki romantizmin insan üzərində meydana gətirdiyi təsir, insanın ağlını örtməsi, məntiqli və stabil düşünməsini maneə törətməsidir. Çünki romantizm, ağlın tam mənasıyla zidd bir sistem meydana gətirər. İnsanları həqiqətləri görməməyə, xəyal dünyasında yaşamağa, ağıllı deyil, əksinə romantik düşünməyə itələyən bir həyat şəklidir.

Özünü ağlına deyil də duyğularına təslim edib, onların həyatını istiqamətləndirməsinə icazə verən bir insan isə, həqiqi düşünə bilməz və məntiqli hərəkət edə bilməz. Məsələn Quran əxlaqına uyğun olmayan bir rəftar olan qısqanclıq hissinə qapılan bir insan, artıq içərisində olduğu vəziyyəti və qarşısındakı kəsləri ağıllı qiymətləndirə bilmədiyi üçün romantik hərəkətlər edər. Eyni şəkildə “qəzəblə duran zərərlə oturar” sözüylə də ifadə edildiyi kimi, hirslənən bir insan da məntiqli düşünə bilməz və sonrasında peşman olacağı hərəkətlər göstərər. Bunun kimi romantizmin təsiriylə hüznə qapılan bir insan da ağıldan tamamilə uzaqlaşar. İçərisində olduğu bu ruh halı ilə hadisələrin yalnız mənfi tərəflərini görüb melanxolik bir havaya bürünər.

Romantizmin təsiriylə ortaya çıxan bütün bu rəftar pozuqluqlarının isə tək bir ortaq nöqtəsi vardır; Allahın dinindən və kitabından uzaqlaşmaq… Halbuki bu uzaqlıq, insanı mütləq bir zərərə sürüyər. Çünki Allahın əmrlərinə əməl etmədiyi üçün ağlın itdiyi yerdə insanın irəliləməsi ya da başına gələn bir zərərə maneə ola bilməsi qəti olaraq mümkün deyil…

I …Xəbərlərin böyük hissəsini əhatə edən intihar, narkotik asılılığı, zülm, ya da cinayət kimi günahların çoxunun təməlində də yenə duyğusallıq və romantizmin yaratdığı təxribat yatmaqdadır. İnsanlar romantikliyin təsiriylə ağıldan elə uzaqlaşırlar ki, özlərinin, ya da başqalarının canlarına və mallarına rahatlıqla zərər verə bilərlər. Bütün bunlara səbəb olaraq qarşıya qoyduqları səbəblər isə tamamilə romantizm mənşəlidir. Məsələn sadə bir zarafata inciyərək heç çəkinmədən günah işləyə bilən insanlar vardır. Ya da aylarla dərsə hazırlaşdığı halda universitet imtahanını qazana bilmədiyi üçün intihar etməyə cəhd edən insanlar mövcuddur. Qapıldığı ehtirasdan xilas ola bilməyən və qarşısında saysız fürsət olduğunda belə görə bilməyəcək qədər ağıldan uzaqlaşan bu insanlar, duyğularının təsiriylə bu cür ağılsız qərarlar ala bilər və bunları tətbiq edə bilərlər.

Ağılla düşünməkdən uzaqlaşıb, romantizmin təsiriylə atılan hər addım insana qəti olaraq zərər gətirər. Çünki romantizm insanı din əxlaqından və dolayısilə həyatın həqiqi məqsədindən uzaqlaşdıran cahiliyyə inancıdır. İnsanı çətin həyata sürüyən bu həyat şəkli, Allahın Quranda bildirdiyi düşüncə quruluşuna və əxlaq anlayışına tamamilə ziddir.