Duxan Surəsi, 43-50-ci Ayələr

Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub Cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin. Sizin şübhə etdiyiniz əzab budur! (Duxan surəsi, 43-50)