Vaqiə surəsi, 62-ci ayə. “Şübhəsiz ki, siz ilk yaradılışı bilirsiniz. Elə isə düşünüb ibrət almalı deyilsinizmi?” deyir Allah. Biz yox idik, indi varıq. Bunu düşünmürsüz, deyir Allah. Düşünmək çox əhəmiyyətli bir ibadətdir. İnsanlar namaz qılır, oruc tutur, zəkat verir. Amma düşünmək çox əhəmiyyətli bir ibadətdir. Düşünmənin içində o qədər çox hikmət, o qədər çox dərinlik var ki. Məsələn, Allah Bəqərə surəsi, 269-ci ayədə deyir; “Təmiz ağıl sahiblərindən başqası öyüd alıb, düşünməz.”, “De ki; “Korla görən bir olar mı? Yenə də düşünməyəcəksinizmi?” (Ənam surəsi, 50); “Yenə də öyüd alıb düşünməyəcəksinizmi?” (Ənam surəsi, 80), “Öyüd alıb düşünməsini bilən bir birlik üçün ayələri belə bir-bir açıqladıq.” (Ənam surəsi, 126), “Yenə də öyüd alıb düşünməyəcəksinizmi?” (Yunis surəsi, 3); “Heç düşünməzsinizmi?” “Ümid edilər ki, qorxub çəkinərlər, ya da onlar üçün düşünmə qabiliyyətini meydana gətirər” (Hud surəsi, 30), “Onlar sözü (Quranı) heç düşünmürlərmi? Yoxsa onlara ata-babalarına gəlməyən bir şeymi gəldi?” (Muminun surəsi, 68).
“Yalnız Allaha yönələnlər düşünüb ibrət alarlar.” (Mömin surəsi, 13). Ancaq Allaha yönəldisə, öyüd alıb düşünər, deyir Allah. “Gəlib çatdığı zaman ibrət almaları onlara heç bir fayda verməyəcəkdir.” (Məhəmməd surəsi, 18). Yəni bəla gəldikdən sonra, ölüm gəldikdən sonra, düşünmənin bir mənası yoxdur, deyir Allah. Daha əvvəl düşünməyiniz lazımdır, deyir. “Elə olmasa Quranı yaxşı-yaxşı düşünməzlərdimi?” Deməli, çox dərin düşünməliyik.
“And olsun Biz Quranı öyüd alıb düşünmək üçün asanlaşdırdıq.” Deməli Quran çətin deyil, inşaAllah. “Allah lakin öyüd alıb düşünən varmı?” deyir. Qəmər surəsi 17, 22, 32, 40-cı ayələr. Quranın harasına baxsaq, Allah həmişə öyüd alıb düşünməkdən bəhs edir. Müsəlman çox dərin düşünəcək. Beyni çox inkişaf edəcək, incə detalları təfəkkür edəcək. Quran ayələrini çox dərin düşünəcək. Allah o zaman ağıl meydana gətirərəm deyir. Düşünməyəndə ağıl gedər, tam fərqli bir insan meydana gəlir, Allah etməsin (mazaAllah).

