Dünyəvi zövqlərin bitdiyi an: Ölüm

Dünya həyatına həvəslə bağlanan bütün insanların çox yaxşı bildiyi, ancaq daima qaçmağa

Dünya həyatına həvəslə bağlanan bütün insanların çox yaxşı bildiyi, ancaq daima qaçmağa çalışdığı mühüm bir həqiqət var. Hər insanın bir gün mütləq qarşılaşacağı ölüm qəti həqiqətdir və inkar edənlər üçün Allahın izni ilə sonsuz əzabın başlanğıcıdır. Ancaq bəzi insanlar həyatı boyu ölümü mümkün olduqca az düşünməyə, az xatırlamağa və hətta unutmağa çalışırlar. Ta ki, ölüm onlara gələnə qədər…

Ölüm hər insanın dünyada bir müddət yaşadıqdan sonra qarşılaşacağı labüd həqiqətdir. Ölümlə həyatını dünyəvi istəklər üzərində qurmuş bir insanın bu dünyaya verdiyi əməyi bir anda silinib yox olacaq, tamamilə mənasızlaşacaq. İllərlə sərf etdiyi əmək, topladığı sərvət, insanların arasında təriflənən bütün dəyərlər ölümlə əhəmiyyətini itirəcək.

İnsan dünyanın ən varlı, ən gözəl, ən hörmətli, ən tanınmış şəxsi olsa da, bir anda bütün maddi dəyərlərini itirəcək. Bədəni qısa müddətdə pis vəziyyətə düşəcək, sonra torpağın altında çürüyüb məhv olacaq. Axirətə inanmayan bir insan dünya həyatında illər boyu etdiyi səyləri ancaq bu son üçündür. Həyatını həvəslə yaşamağa çalışmaq, bütün zövqləri dadmağa çalışmaq insanın qarşılaşacağı son üçün heç nəyi dəyişdirməyəcək. Ölüm bütün bu zövqləri qəti şəkildə yox edəcək.

Ən əsası, ölüm inkarçıların həvəslə bağlandığı dəyərin sona çatdığı, əvəzinə böyük peşmançılığın və çətin həyatın başladığı an olacaq. Allah bu insanların əbədiyyən davam edəcək əzabdan əvvəl ölüm anlarında da böyük əzab çəkəcəklərini Quranda bildirir:

Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alarkən onların vəziyyəti necə olacaq?! (Məhəmməd surəsi, 27)

…Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” (– dediklərini) bircə görəydin. (Ənam surəsi, 93)

Bütün ömrünü dünya həyatından daha çox faydalanmaq həvəsi ilə yaşayan insanlar ölümlə qarşılaşdıqda həyatı boyu vicdanlarını daima susdurmağa, düşünməməyə çalışdıqları ölümün nə qədər real olduğunu anlayacaqlar. Dərhal Allaha sığınıb xilas yolu tapmağa çalışacaqlar. Ancaq Allahın Quranda “…O gün insan xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nə faydası? O: “Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”–deyəcəkdir” (Fəcr surəsi, 22-24) ayələri ilə bildirdiyi kimi, artıq bu peşmançılığın insana faydası olmayacaq. Çünki Allah insana doğru yolu və rəhmətini görməsi üçün bir ömür qədər vaxt vermişdir. Allah Quranda ömrünü qəflət içində keçirən insanların peşmançılığını belə bildirir:

Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi çıxart ki, etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın (əzabı!) Zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)

Allah onlara verilən müddəti əleyhinə istifadə edən, ölümlə qarşılaşdıqda isə tövbə etməyə qərar verən insanların istəyinin qəbul edilməyəcəyini bildirir. Buna görə də, hər insan Allahın xatırlatdığı bu həqiqəti hələ vaxt var ikən düşünməli və geriyə dönüş olmayan an gəlməzdən əvvəl Allaha təslim olmalıdır.

Qəflət həyatı yaşayan insanın yeganə məqsədi dünya həyatının zövqlərindən istifadə etməkdirsə, nə qədər istəməsə də və düşünməməyə çalışsa da, bunlar bir gün mütləq bitəcək. Allahın insan üçün müəyyən etdiyi ömür sona çatdıqda insanın həvəslə bağlandığı bütün zövqləri torpağın altındakı çürümüş bədəni üçün bütün mənasını və dəyərini itirəcək. Bu düşüncədə olan insanlar açıq-aydın həqiqəti görüb dərk etməlidirlər. İnkar dünya həyatında bədbəxtliyə, ölüm anında peşmançılığa, axirətdə isə əzaba səbəb olur. İman isə insanlara dünya həyatının nemətlərindən yüksək zövq alacaq ruh dərinliyi və axirət həyatında əbədi zövqlər qazandırır.

İnsan inkarla iman arasındakı açıq-aydın fərqi görməli və inkarın qaranlığından xilas olmaq üçün imanın nuruna təslim olmalıdır. Ümid edirik ki, ölüm anındakı peşmançılıqdan əvvəl bütün insanlar Allahın rəhmətinə təslim olar və İslam əxlaqı ilə yaşayarlar. Çünki bunun əksi olarsa, Allah inkarçıların peşmançılıq çəkib axirətdə mütləq müsəlman olmağı arzulayacaqlarını bildirmişdir ki, axirətdə artıq bir daha bu istəklərini həyata keçirmək imkanları olmayacaq:

Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.(Hicr surəsi, 2-3)