İnsanlar bəzi şeylərlə ilk dəfə qarşılaşdıqlarında, ondakı qeyri-adilyi anlaya bilərlər və bu onların düşünmələrinə, gördükləri şeyi tədqiq edib araşdırmalarına səbəb ola bilər. Ancaq bir müddət sonra bu şeyə qarşı vərdiş yaranar və artıq ilk başda olduğu qədər təsirlənməməyə başlayarlar. Xüsusilə də demək olar hər gün qarşılaşdıqları bir varlıq və ya hadisə, artıq onlar üçün “adi” mövzu halına gəlir. Məhz dünyanın varlığı, yeri və mövcud şərtləri üçün də eyni şey keçərlidir.
Doğulduğu andan etibarən Yer planetinin varlığı ilə bağlı bir çox fövqəladə məlumata sahib olan insan da bu qeyri-adi vəziyyətə öyrəşib. Dünyanın boşluqda fırlanmağa davam etdiyini, ayağının bir neçə kilometr altında qaynayan təbəqə olduğunu, Dünyaya hər an meteorit düşməsi təhlükəsi ilə qarşı-qarşıya olduğunu normal qarşılayar. Halbuki düşünən insan bu nemət və gözəlliklərə adi gözlə baxmaz. Dünyanın bütün canlıların həyatı üçün bu qədər əlverişli olması və bunun üçün lazım olan bütün şərtlərin bir yerdə və qüsursuz formada mövcud olması həmişə heyranlıq oyandırar.
Dünyanın Günəşə olan uzaqlığını, atmosferdəki tarazlığı, Dünyanın öz ətrafındakı və Günəş ətrafındakı fırlanma sürətini, Dünya üzərindəki okeanların, dağların insanlar üçün faydalarını, canlıların sahib olduqları xüsusiyyətləri və bunların bir-birləri ilə olan əlaqələrini düşündükdə dərhal Allahın Rəhman və Rəhim sifətlərini xatırlayıb şükür edər. Allah, üzərində yaşadığımız Dünyanı, canlıların həyatı üçün çox xüsusi formada yaradıb. Bu dəlillər üzərində düşünmək, insanın Allahın sonsuz qüdrətini anlaması üçün çox əhəmiyyətlidir. Bu dəlillərin bəziləri belədir:
- Dünyanın üzərindəki istilik Allahın Rəhman sifətinin çox üstün təcəllisidir. Günəş Sistemindəki bilinən doqquz planetin səkkizi və bunların 53 peyki içində, həyat üçün uyğun tək bir göy cismi yoxdur. Hər biri ölü və səssiz maddə yığınıdır. Dünya isə digərlərindən çox fərqlidir. Çünki atmosferindən yer üzü formalarına, istiliyindən mövsümlərinə, elementlərindən Günəşə olan məsafəsinə qədər, hər cür tarazlığı ilə, tamamilə həyat üçün xüsusi olaraq yaradılıb. Dünyanın bu qüsursuz yaradılışı Allahın insanlara çox böyük lütfüdür.
- Dünya, canlıların, xüsusilə də insan kimi son dərəcə kompleks canlı varlıqların yaşaya biləcəkləri istilik dəyərinə və tənəffüs edə biləcəkləri atmosferə malikdir. Ancaq bu iki faktor da, bir-birindən son dərəcə fərqli faktorların hər birinin ideal dəyərlərdə təyin olunması ilə reallaşmışdır. Bunlardan biri, Dünyanın Günəşə olan uzaqlığıdır. Bütün kainat həyat üçün lazımlı olan istilik aralığının, reallıqda əldə edilməsi çox çətin aralıq olduğunu görərik. Amma dünya, tam bu istilik aralığına malikdir. Bu istilik aralığının qorunması, əlbəttə Günəş ilə Dünya arasındakı məsafə qədər, Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqəlidir.
- Hesablara görə Yerə çatan Günəş enerjisindəki 10%-lik azalma yer üzünün metrlərlə qalınlıqda buz təbəqəsi ilə örtülməsi ilə nəticələnəcək. Enerjinin bir az artması halında isə bütün canlılar qovrularaq öləcəklər. Halbuki bunlardan heç biri baş vermir və dünyanın istiliyi qüsursuz formada sabit qalır. Bu tarazlıq Allahın bənzərsiz sənətinin və yaratdıqlarına olan sonsuz sevgisinin təcəllisidir.
- Dünyanın ideal olan istiliyinin, planet içində taraz şəkildə yayılması da son dərəcə əhəmiyyətlidir. Necə ki, bu tarazlığın təmin edilməsi üçün çox xüsusi şərtlərin bir yerdə olması lazımdır. Məsələn, Dünyanın oxunun 23⁰27′-lik mailliyi, qütblərlə ekvator arasındakı atmosferin meydana gəlməsinə maneə törədə biləcək həddindən artıq istiliyin qarşısını alır. Əgər bu əyrilik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı istilik fərqi daha çox artacaq və yaşana bilən atmosferin var olması qeyri-mümkün olacaqdı.
- Yerin atmosferində istiliyi daima tarazlayan bəzi avtomatik sistemlər də vardır. Məsələn bir bölgə həddindən çox isinəndə su buxarlanması artır və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir hissəsini geri əks etdirərək aşağıdakı havanın və səthin daha çox istiləşməsinə mane olur. Məhz bütün bu tarazlıqlar bir yerə gəldiyində yer üzü tam insanlığın və digər canlıların yaşaya biləcəyi kimi istiliyə sahib olur. Bu qədər fərqli şərtlərin bir yerə gəlməsi və yaranan böyük nizam Allahın rəhmətinin saysız təcəllisindən yalnız biridir. Dünya üzərindəki mövsümlər də bu şərtlərin nəticəsidir və hər mövsüm Allahın insanlar üçün var etdiyi bənzərsiz gözəlliklərlə doludur.
- Dünyamızın böyüklüyü barədə bir az düşünmək də, Allahın bütün canlılar üzərindəki rəhmətini görməyimizi təmin edir. Yer kürəsinin xüsusiyyətlərini araşdırdığımızda, üzərində yaşadığımız bu göy cisminin tam lazımi böyüklükdə olduğunu görürük. Amerikalı geoloqlar Yerin bu formadan həyat üçün “uyğunluğu”nu “Dünyanın böyüklüyü tam olması lazım olduğu qədərdir. Daha kiçik olsa cazibə çox zəifləyəcək və atmosferi Dünyanın ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsaydı bu dəfə də cazibə çox artacaq və bəzi zəhərli qazları da tutaraq atmosferi öldürücü hala gətirəcəkdi…” şəklində ifadə edirlər. Allahın var etdiyi bu incə plan və həssas tarazlıq sayəsində dünya üzərində canlılıq həyatını davam etdirə bilir. Bu, Allahın bəndələri üzərindəki sonsuz şəfqətinin gözəl nümunəsidir.
- Dünyanın daxili quruluşu da həyat üçün xüsusi yaradılışa malikdir. Bu daxili quruluşdakı təbəqələr sayəsində, dünya maqnetik sahəyə malikdir və bu maqnetik sahə həyatın qorunması üçün çox əhəmiyyətlidir. Atmosferin çox xaricinə qədər uzanan bu sahə sayəsində Dünya, kosmosdan gələ biləcək olan təhlükələrə qarşı qorunmuş olur. Günəş xaricindəki ulduzlardan qaynaqlanan öldürücü kosmik şüalar, Dünyanın ətrafındakı bu qoruyucu qalxanı keçə bilməzlər.
- Dünyanın maqnetik sahəsi, bütün bu öldürücü şüaların yalnız 0.1%-ni keçirir və qalan bu mində birlik şüalar da atmosfer tərəfindən əmilir. Əgər Dünyanın bu maqnetik qalxanı olmasa, yer üzündəki həyat tez-tez öldürücü şüalarla korlanacaq, yaranan mühit həyat üçün əlverişli olmayacaqdı. Amma yer kürəsinin nüvəsi tam lazım olduğu kimi olduğu üçün, Dünya bu şəkildə qorunur. Bir başqa deyişlə, səmada, Qurandakı “Biz göyü də qorunmuş bir tavan etdik. Onlar isə ayələrimizdən üz döndərirlər.” (Ənbiya surəsi, 32) ayəsi ilə diqqət çəkildiyi kimi, bizlər üçün qurulmuş xüsusi qoruyucu qalxan vardır.
- Allahın canlıların qorunması üçün yaratdığı xüsusiyyətlər şübhəsiz yalnız fizika qanunları ilə məhdud deyil. Buna bir başqa nümunə də, insanın yaşadığı yer üzünün möhkəm və təhlükəsiz edilməsidir. Dünyanın mərkəzinə doğru enildikcə istilik, hər kilometrdə 30⁰ dərəcə artar. Və nüvədə bu istilik 4500⁰ dərəcə kimi çox böyük yüksəkliyə çatar. Yerin yalnız 1 km. aşağısındakı istiliyin 60⁰ dərəcəyə yaxın olduğu düşündükdə bunun nə qədər böyük təhlükə olduğu açıq-aşkar görülür. Halbuki bütün canlılar böyük təhlükəsizlik içində, altında qaynayan maqmadan xəbərsiz şəkildə həyatını davam etdirirlər.
- Açıq-aşkar görüldüyü kimi Allah, içində bir atəş topu saxlayan dünyanın səthində mükəmməl nizam yaradıb. O, göyləri və yeri idarəsi altında tutmaqda, kainatdakı bütün canlıları bildikləri və ya bilmədikləri böyük təhlükələrə qarşı hər an qorumaqdadır. Əksər insanın var olmasını son dərəcə təbii qarşıladığı və düşünmədiyi bir çox xüsusiyyət əsas olaraq Allahın bəndələrinə olan mərhəmətinin və ilahi qorumasının dəlilləridir. Çünki yer üzündə nizamı təmin edən yüzlərlə fizika qanununun hal-hazırda olduqları formaları ilə var olmaları üçün heç bir məcburedici səbəb yoxdur. Ancaq Allah qoruyucuların ən xeyirlisidir.
- Dünyanın atmosferi, həyat üçün lazımlı olan son dərəcə xüsusi şərtlər bir yerə gətirilərək yaradılmış fövqəladə qarışımdır. Yer atmosferi 77% azot, 21% oksigen və 1% nisbətində karbon qazı və arqon kimi digər qazların qarışığından meydana gəlir. İnsan və kompleks bədənə sahib digər canlıların enerji əldə etmək üçün istifadə etdikləri əksər kimyəvi reaksiya, oksigen sayəsində reallaşır.
- Məhz biz də, buna görə davamlı olaraq oksigenə ehtiyac duyuruq və bu ehtiyacı ödəmək üçün tənəffüs edirik. Tənəffüs etdiyimiz havadakı oksigen nisbəti son dərəcə həssas tarazlıqlarla təyin edilib. Əgər atmosferin içindəki qazların qarışığı daha fərqli olsaydı dünya üzərində canlılığın meydana gəlməsi mümkün olmayacaqdı. Amma Rəbbimiz atmosferi qüsursuz nizam içində, canlılığın həyatına imkan verəcək şəkildə var edib və Rəhmətinin bir dəlili olaraq bu tarazlığı mühafizə edir.
Bu mükəmməl işləyən sistemi meydana gətirən, hər atoma, hər molekula hakim olan sonsuz elm sahibi Allahdır. Allahın sonsuz qüdrəti xaricində heç bir qüvvə bu atomları oksigen və ozon qazı molekulları olaraq fərqli nisbətdə bir yerə gətirə bilməzdi. Atmosfer çox çətin nəfəs almağımıza səbəb ola biləcək qədər ağır və qoxulu qazlardan meydana gələ bilər, bütün insanlar çox çətin nəfəs almaq məcburiyyətində qala bilərdilər. Ancaq sonsuz mərhəmət sahibi olan Rəbbimiz atmosferi insanın ən rahat nəfəs ala biləcəyi formada var edib. Bu, Allahın bəndələri üzərindəki qorumasıdır.
Allah bəndələrini qoruyan, müşahidə edən və mühafizə edəndir, Hafizdir. Bir ayədə “… siz Ona heç bir zərər verə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyə nəzarət edir.” (Hud Surəsi, 57) şəklində buyurulub. Kainat üzərində bu kompleks və milyardlarla detalla bəzənmiş olan sistemi yaradan və bunun hər anına nəzarət edən, mühafizə edən Allahdır. O hər şeyi yoxdan var etmiş və bu yaratmasının hər saniyəsinə, hər dəqiqəsinə sonsuz ağlı və gücü ilə hökm edərək qüsursuz nizam meydana gətirmişdir. Və hələ də, bu nizamı anbaan yaratmaqda, müşahidə etməkdə və qorumaqdadır. Necə ki, Allah “… Sənin Rəbbin, həqiqətən müşahidə etmə yerindədir.” (Fəcr Surəsi, 14) ayəsi ilə bu həqiqətə işarə edir.
Atmosferin bu dəyərləri, yalnız bizim tənəffüsümüz üçün deyil, mavi planetin “mavi” olaraq qalması üçün də əhəmiyyətlidir. Əgər atmosfer təzyiqi indiki dəyərindən beşdə bir qədər azalsa, dənizlərdəki buxarlaşma nisbəti olduqca çox yüksələcək və atmosferdə çox yüksək nisbətə çatacaq olan su buxarı Dünyanın istiliyini həddindən artıq dərəcədə yüksəldəcəkdi. Əgər atmosfer təzyiqi indiki dəyərindən bir qat daha çox olsa, bu dəfə də atmosferdəki su buxarı nisbəti böyük ölçüdə azalacaq və Dünya üzərindəki quru sahələrin demək olar ki, hamısı çölləşəcəkdi.
Bütün bu tarazlıqlar, Dünyanın digər xüsusiyyətləri kimi atmosferinin də insan həyatı üçün xüsusi olaraq yaradıldığını göstərir. Bütün kainata hakim olan, maddəni yoxdan var edərək istədiyi kimi şəkilləndirən, qalaktikaları, ulduzları və planetləri qüdrəti altında tutan Rəbbimiz kainatı insanın əmrinə vermişdir. Üzərində yaşadığımız mavi planeti isə, Allah bizim həyatımız üçün xüsusi olaraq təşkil etmiş, Quranda ifadə edildiyi kimi insan üçün yer üzünü “sərib-döşəmişdir” (Naziat surəsi, 30).
Bütün araşdırmalarımız bizlərə, bu qüsursuz nizamın Allahın üstün şəfqət və mərhəmətinin bir təcəllisi olduğunu göstərir. Dünya, üzərində canlılığın meydana gələ bilməsi üçün xüsusi olaraq təşkil edilib. Dünyanın kosmosdakı mövqeyi, səthinin canlıların ehtiyacı olan hər cür detalla təchiz edilmiş olması bu planetin, yaxşılığı və əsirgəməsi bol olan Allahın əsəri olduğunun açıq-aşkar dəlilləridir.
Həyat üçün son dərəcə əlverişli yaradılan bu planetin üzərində yaşayan canlılara baxdığımızda da eyni həqiqətlə qarşılaşırıq. Dünya üzərində var olan bütün canlılarda heyranlıq oyandırıcı yaradılış görürük. Hər canlı özü üçün uyğun mühitdə, uyğun bədən quruluşu ilə yaradılıb. Yer üzündəki varlıqlara aid olan hər detal Onun qüsursuz sənətini əks etdirir.

