Bunların hamısı “iman həqiqəti” dir. Yəni, insanı imana aparan və imanının artmasına vəsilə olan həqiqətlər, yaradılış möcüzələridir. Bu dəlillər üzərində dərin təfəkkür edən hər vicdanlı insan Allahın varlığını və böyüklüyünü açıq şəkildə görərək iman edəcək. İman edənlər isə iman həqiqətləri sayəsində Allahı daha yaxından tanıyacaq, Ona duyduqları iman, sevgi və qorxu daha da artacaq.
Ancaq insanların çoxu uşaq vaxtından bəri aldıqları sıx materialist təlqinlər səbəbi ilə ətraflarındakı bu iman həqiqətlərini fərq edə bilməzlər, ya da bunların fərqinə varmaqda çətinlik çəkərlər. Hər şeyin təsadüflərə, ya da təbii şərtlərə bağlı olduğu şəklindəki bu materialist təlqinlər insanların bütün kainatı əhatə edən açıq-aşkar yaradılış möcüzələrini görmələrinə mane olar. Sanki gözlərinin önünə görünməz bir pərdə çəkər. Çox insan iman həqiqətlərinə “Allah nə gözəl yaratmış” deyə baxmaz, “nə gözəlmiş” deyə baxar, yəni qəflət gözü ilə qiymətləndirər.
İman həqiqətlərinə beş duyğu orqanımızın qəbul etdiyi hər yerdə rast gəlmək mümkündür. Böyük-kiçik, canlı-cansız yaradılmış hər şeydə onu Yaradana aparan bir yol vardır. Bu da iman həqiqətlərinin sayıla bilməyəcək qədər çox olduğunun bir göstəricisidir. Allaha daha yaxın olmağı və cənnətdə yüksək dərəcələrlə mükafatlanmağı istəyən hər mömin gücü çatdığı qədər iman həqiqətləri mövzusunda məlumat sahibi olmağa, onları təfəkkür etməyə və bunun sayəsində Allaha yaxın olmağa, imanını gücləndirməyə və bu güclü iman ilə Allahı razı edəcək üstün bir əxlaqı yaşamağa çalışmalıdır.

