Quran, insanın özünü, ətrafındakıları, həyatını və yaşadıqlarını ən doğru şəkildə şərh edən və ən gözəl yolu tapmasını təmin edən rəhbərdir. Allah insanı Quranla birlikdə, iç-içə yaşayacaq şəkildə yaratmışdır. Quran bir çox insanın düşündüyünün əksinə yalnız ibadətlərin nələr olduğunu izah edən kitab deyil. Həyatın hamısını əhatə edir. Hər yaşdan, hər mövqedən, hər insanın yaşadığı hər an ilə əlaqədar müraciət edəcəyi ən etibarlı qaynaqdır. İmtahana çata bilməyən şagirdin, iş yerində yüksələn insanın, etdiyi yatırımda uğursuz olub iflas edənin, qatıldığı yarışmada birinci olanın, evdə uşaqlarıyla dialoq qurmaqda çətinlik çəkən ananın, əhəmiyyətli yığıncağa qatılan zəngin iş adamının həmin an müraciət edəcəyi kitabdır. Quran müsəlman üçün çörək kimi, su kimi hər an yanında olması lazım olan nemətdir.
İnsan ancaq Qurana tam olaraq tabe olduğunda sağlam düşünə bilər, doğru mühakimə edər və gözəl olanı həyata keçirər. Qurandan uzaqlaşdıqca həyatı qarma-qarışıq olur. Bir insan Qurana nə qədər əməl edirsə o qədər etidallı və hüzurludur. Qurandan uzaqlaşmağa başladıqca sarsılmağa və məhv olmağa başlayar. Ağılı və ruhu sakit ola bilməz. Buna baxmayaraq müsəlmanların bir çoxu Quranı ya heç oxumamış ya da yalnız bəzi ayə və ya surələri mənasını heç bilmədən Ərəb dilində əzbərləmişdir. Halbuki hər müsəlman, Quranı mütləq öz dilində oxumalıdır. Üstəlik yalnız bir dəfə deyil, hər gün. Çünki Quran oxunub kənara qoyulmaq üçün deyil, həyata keçirilməsi üçün vardır. İnsan hər anında Quranı həyatına tətbiq edib etmədiyini ya da hansı nisbətdə həyata keçirdiyinə nəzarət etməlidir.
Bir çox insan İslamın 5 şərti, 32 fərzi olduğunu eşitmişdir, ancaq Quranın hamısının müsəlmana fərz olduğundan xəbəri yoxdur. Quranın hər ayəsi müsəlman üçün fərzdir. Namaz qılmaq, oruc tutmaq necə fərzdirsə, bağışlayıcı olmaq, hirsini məğlub etmək, gözəl söz söyləmək, səbir göstərmək, özü üçün yaşamamaq, təvəkkül etmək, canlı və əzimli olmaq, İslamı təbliğ etmək, müsəlmanlarla birlikdə hərəkət etmək, dağılıb ayrılmamaq, hər zaman etidallı olmaq, təkəbbürlü olmamaq, səmimiyyətdə qərarlı olmaq kimi ayələrdə izah edilən əxlaq və davranışların hamısı fərzdir. Müsəlman necə namazına diqqət göstərirsə Quranı başdan sona yaşamağa da eyni diqqəti göstərməlidir.

