Bu ayədən çıxan nəticə, dünyadakı hadisələrin hamısına Allah sahibdir. İnsan Allahın yaratdığı bir təcəllidir, kölgə varlıqdır. Qlobal güc onlardan meydana gəlir. “Əgər qeybi bilsəydim, şübhəsiz, xeyirlə etdiklərimi artırardım.” Amma Allah, bəzi hallarda Peyğəmbərimizə (s) qeybi bildirir. Qeybin hamısını bilmərəm, Allahın bildirməsi ilə bilərəm mənasındadır. Təbii ki, öz həyatı ilə əlaqədar, hamısına aiddir, yoxsa Allah Peyğəmbərimiz (s) ilə əlaqədar da bildirir. Amma hissə-hissə, qısa-qısa, az yerləri bildirir. Məsələn, hz. Əli (r.ə)-in şəhid olacağını bildirir, Peyğəmbər (s)-in həyatını maraqlandıran bir şeydir, amma qısa; yəni bütün həyatı bildirilmir. “Və mənə bir pislik də toxunmazdı.” Çünki hamısını bilərdim deyir, həyatının hamısına aid olacağı üçün.
“Mən iman edən bir qövm üçün qorxudan və müjdələyəndən başqası deyiləm.” Bu ayənin əbcədi 2026-nı verir. Harada dünya hakimiyyəti ilə əlaqədar bir ayə varsa, mütləq mehdiyyətin tarixini, əbcədinin tarixini verir.
“Ona ortaqlar qoşmağa başladılar. Allah, onların şirk qoşduqlarından Ucadır.” Yəni əvvəl Allahdan gözləyirlər, lakin sonra dünyəvi güclərə güvənməyə başlayırlar. Dünyəvi təsirin altına girirlər. “Özləri yaradılmışkən” bax, “özləri yaradılmışkən, heç bir şey yaratmayan şeyləri mi ortaq qoşurlar?” Məsələn; qlobal gücləri. “Halbuki, bu şirk qoşduqları güclər və cisimlər nə onlara kömək edə bilərlər, nə də öz nəfslərinə.” “Hamısını Mən edirəm” deyir Allah, “Mən yaradıram.” “Onları hidayətə çağırsanız sizə uymazlar.” Hidayətə, yəni mehdiyyətə çağırsanız, sizə uymazlar. “Onları çağırsanız da, susqun dayansanız da, sizə qarşı münasibətləri birdir.” Təsirlənməzlər, sabit hala gəlmişlər, artıq ləğv olmuşlar, heç bir yerə gedəcək gücləri yoxdur. Artıq adamın başında, ruhunda bir ideal, bir inanc, bir düşüncə qalmamışdır, neytral hala gəlmişdir.
I “Allahdan başqa tapındıqlarınız sizin kimi qullardır. Əgər doğrusunuzsa, dərhal onları çağırın sizə cavab versinlər.” Bəziləri amerikalılara tapınır, avropalılara tapınır, onları bir güc olaraq görür. Onları qlobal güc olaraq görür, onları Allah kimi görür, haşa. Onların dünyanı idarə etdiyinə inanır, Allahın idarə etdiyinə inanmır. Bu səbəbdən, o ilah gördüyü varlıqlara görə özünü nizamlayır. “Allahdan başqa tapındıqlarınız sizin kimi qullardır” Allah deyir.
“Əgər doğrusunuzsa, dərhal onları çağırın ki, sizə cavab versinlər. Onların gəzəcək ayaqları varmı? Ya da tutacaqları əlləri mi var, və ya görəcək gözləri mi var? Yoxsa eşidəcək qulaqları mı var? De ki: “Ortaq qoşduqlarınızı çağırın sonra bir hiylə qurun, mənə göz belə açdırmayın.” Yəni o qlobal gücləri çağırın, sonra hiylə qurun, mənə də göz açdırmayın. Heç bir şey edə bilməzsiniz Allah deyir. Çünki bütün güc Məndədir, Allah deyir. Yəni heç bir insan, heç bir büt, heç bir güc Mənim gücümlə müqayisə edilə bilməz. Çünki, onların gücünü yaradan da Mənəm, Allah deyir. Bu səbəbdən, onlardan heç təsirlənməyin, deyir Allah.

