Dünyadakı zülmün və bədbəxtliyin səbəbi Quran əxlaqının yaşanmamasıdır

Müsəlman dünyasına edilən zülmlərin həlli

Bu gün İraqda, Suriyada, Liviyada, Misirdə, Əfqanıstanda və dünyanın bir çox bölgəsində müsəlmanlar təcavüzə, zorakılığa məruz qalır, didərgin düşür və ya qətlə yetirilir. Didərgin düşənlərin də böyük hissəsi yollarda can verirlər. Didərgin düşdükləri üçün Egey dənizində boğulan balaca, məsum uşaqların şəkilləri hələ də gözümüzün önündədir. Belə bir mənzərəni şübhəsiz ki, heç bir səmimi müsəlman qəbul edə bilməz. Bu hadisələrin heç birinə biganə qala bilməz. Hər bir müsəlman buna “dur” deməklə məsuldur. İlk öncə müsəlmanların bir-birinə sahib çıxmaları və birlik olaraq bu zülmə qarşı qoymaları, Allahın bizə Quranda bildirdiyi fərzdir:

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi,75)
Bunun məsuliyyətini və səbəbini əlbəttə ki, ilk növbədə müsəlmanlarda axtarmaq lazımdır. Belə ki, Allah zülmə qarşı ancaq “birlik olmaqla” son qoyula biləcəyini bildirdiyi halda, müsəlmanların çox böyük hissəsi Allahın bu əmrini qulaq ardına vurur. Bəziləri sanki özlərindən başqa doğru yolda olan müsəlman cəmiyyəti yox imiş kimi davranır. Hətta bəziləri bir-birilərini düşmən kimi görür. Buna görə də heç vaxt həqiqi mənada birlik olmurlar. Məsələn, Avropada bir çox məscid ayrı-ayrı qrupların hakimiyyəti altındadır. Buna görə də, bir müsəlman istədiyi hər məscidə gedə bilmir. Mütləq öz inancına uyğun gələn şəxslərin, öz daxil olduğu müsəlman icmasının olduğu məscidə getməlidir. Məhz bu acı həqiqət də müsəlmanların əsrlərdir niyə bir-birindən uzaq, zəif və gücsüz qoyulduğunun açıq göstəricisidir. Ən əhəmiyyətlisi də Allahın “qardaş olduqlarını” bildirdiyi müsəlmanların bu ayrılığı Allahın razı olmayacağı əxlaq olduğu üçün bərəkətsizlik, əzab və çətinliklərə yol açır. Allah Quranda “birlik olmamağın” necə nəticələnə biləcəyini bu şəkildə açıqlamışdır:
Kafirlər də bir-birinə dost-durlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Bilinməlidir ki, müsəlmanlar ancaq rəsmiyyətdən uzaq, səmimi, sevgi dolu bir şəraitdə bir araya gələ bilərlər. Bu halda müsəlmanların birlik olması üçün izlənəcək yeganə yol hər təbəqədən müsəlmanın sözünə, səmimiyyətinə, fərasətinə, sevgisinə, qardaşlığına, bilgisinə tam güvənəcəyi və heç bir təbəqəyə bağlı olmayan, qərəzsiz, ədalətli bir müsəlmanı mənəvi lider seçmələridir. Çünki baş olmadan heç vaxt bir birlikdən söhbət gedə bilməz. O insan böyük müsəlman birliyinin başı olacaq. Beləliklə, müsəlmanlar artıq sahibsiz olmayacaq, qəlbən bağlı olduqları bu insana çox dəyər verəcək və onun sözlərini sevərək tətbiq edəcəklər.