“Allaha iman etmək”, insanın Allahın hər şeyin yeganə yaradıcısı, yeganə sahibi və yeganə hakimi olduğunu qavramasıdır. Hər insanın Ona möhtac olduğunu bilib, Allahın heç bir şeyə ehtiyacı olmadığını və hər işi bir tale ilə yaratdığını anlayaraq həyatın hər anında Ona təslim olmasıdır. “Allaha təslim olmaq” isə Allahdan çox qorxmaqla və Ona hər şeydən və hər kəsdən çox bağlanıb Onu çox sevməklə mümkün olur. Allaha əsl mənada təslim olan bir insan özünə yalnız Allahı dost və vəli edir. Həyatı boyunca qarşısına çıxan hər hadisənin Allahın izni ilə reallaşdığını və bütün bunların xüsusi hikmətlərlə yaradıldığını bilir. Bu səbəblə, nə olursa-olsun, təslimiyyətli rəftarından dönmədən hər zaman Allaha qarşı boyun əyici, şükür edici və itaətli davranır.
Kamil imana sahib olmaq üçün Allahın Özünü tanıtdığı və qullarından istədiklərini bildirdiyi Qurana nöqsansız riayət etmək lazımdır. Bu səbəblə, mömin həyatının sonuna qədər Allahın bütün əmr və qadağaları mövzusunda son dərəcə diqqətli davranır. Allahın bəyəndiyi əxlaq modelini də usanmadan ölənə qədər səbirlə tətbiq edir.
İmanı tam olaraq mənimsəyə bilməyənlər bir ucundan dinə yönələrkən Kamil iman sahibləri Quranı həyatlarının hər anında özlərinə rəhbər edərlər. Eyni şəkildə, bu səmimiyyətsiz insanların imanları müəyyən şərtlərə bağlı ikən, Kamil iman sahibləri qeyd-şərtsiz iman edərlər. Şərtli iman edənlər ancaq nemət içində olduqlarında və bütün hadisələr onların istədiyi kimi baş verdiyində dinə sadiq qalar və gözəl əxlaqı təqlid edə bilərlər. Ancaq nemətlərdə bir azalma olduğunda, ya da hər hansı bir çətinliklə qarşılaşdıqlarında asanlıqla din əxlaqından uzaqlaşa bilər və sədaqətlərini poza bilərlər. Kamil iman sahibləri isə Allaha olan inanclarında və sədaqətlərində daimidirlər. Bunun əsl səbəbi onların “qəti məlumatla” iman etmələridir. “Qəti məlumatla iman etmək”, Allahın və axirətin varlığına ağlı, qəlbi və vicdanı ilə qəti olaraq qərara gəlməsidir. Qurandakı “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar” (Bəqərə surəsi, 4) ayəsi ilə də iman edənlərin bu xüsusiyyəti vurğulanır.

