Allah qorxusu öz-özünə inkişaf etməz, bunun səbəbləri vardır, məsələn, əliaçıq olmaq, kasıblara kömək etmək, bu Allah qorxusunu artıran bir şeydir. Kasıbların borcunun vaxtını uzatmaq və yaxud tamamilə silmək, Quranda ifadə olunan bir əxlaq xüsusiyyətidir, yəni borcu tamamilə bağışlamaq. Əgər bunlar edilsə, iman həqiqətlərinə geniş yer verilsə, Quran oxunsa, Quranın dərinlikləri yaxşı qavranılsa, təvəkkül də insanlarda inkişaf edəcək. Təvəkkül bərəkət gətirər, rahatlıq gətirər, məsələn, ağaclar təvəkkül edər, Allah onlara olduğu yerdə yeməklərini verər. Amma məsələn, canavarlar, tülkülər təvəkkülsüzdür, həmişə ac gəzərlər diqqət etsəniz dağlarda, yəni günlərlə ac gəzdikləri olar həris olduqları üçün. İnsana təvəkkülsüzlük yaraşmaz, Allaha tam təslim olub ruzisinin Allahdan olduğunu bilərək bu çaxnaşmanı, bu narahatlığı tamamilə qəlblərindən atmaları lazımdır.
İnsan, düşünməyə qərar verdiyində yenə Allahın verdiyi o böyük neməti istifadə edəcək, səmimiyyətini və vicdanını istifadə edəcək. Səmimi olaraq düşündükdə, məsələn, bir hüceyrənin quruluşu və yaxud bir ağcaqanadın həyatı, ağıllı düşünüldüyündə heyrətvericidir, çox həyəcan verəcək bir quruluş ortaya çıxar. Hüceyrəni araşdırdığımızda yenə o cür heyrətdən donarıq. Sanki bir şəhər kimidir insan hüceyrəsi. Biz bundan heyrətə düşərik. Heyrətə düşdükdə Allaha sevgimiz daha artar. Allahdan qorxumuz daha artar. Allahdan qorxumuz artınca da Allahın göstərdiyi yola, yəni İslama həssaslığımız daha da artar. Və mükəmməl əxlaqlı olarıq.

