Dünya imtahan yeridir

İnsanlar iman gətirdiyini bəyan etməklə “cənnət əhli” mömin olduğunu zənn edə bilər

İnsanlar iman gətirdiyini bəyan etməklə “cənnət əhli” mömin olduğunu zənn edə bilər. Ancaq iman gətirdiyini bəyan etmək Qurana bağlı olaraq davam etdiriləcək olan uzun bir təlimin ilk addımıdır. Quran, möminləri ““Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin…” (Fussilət surəsi, 30) kimi təsvir edir. Bu doğru yol, Allahın insanın imanını sınamaq və kamilləşdirmək məqsədi ilə edəcəyi bir çox imtahan və əngələ baxmayaraq müəyyən olacaq. Bir ayədə bu şəkildə bildirilir:

İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” – deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər? Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru deyənləri də, yalançıları da, əlbəttə, bilir. (Ənkəbut surəsi, 2-3)

Əslində müvəqqəti və yetərsiz olan bu dünyanın və onun üzərində yaşadığımız həyatın yaradılmasındakı səbəblərin birincisi insanın imtahan edilməsidir. İmtahan tanışlıq deməkdir, cənnət kursundan keçməkdir. İnsan üçün əsl yurd bu deyildir və müvəqqəti “kurs”da yalnız sınaq üçün olur. Quranda bu həqiqətdən belə bəhs edilir:

O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)

Sahib olduğu bədən də insana bir məqsədlə verilmişdir. Allah belə buyurur:

Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik. (İnsan surəsi, 2)

İnsanın sınanmasının müxtəlif üsulları var. Ən mühüm olanlarından biri Allahın imtahan məqsədi ilə göstərdiyi çətinliklərdir. Bu hal Quranda belə açıqlanır:

Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! (Bəqərə surəsi, 155)

Quranda da elçilərin və ya onların yolunu gedən möminlərin necə imtahan edilməsinə dair bir çox nümunələr var. İman gətirdiklərinə görə ailələrinin və ya ətrafdakıların təzyiqi, böhtanlar, istehzalar, özlərinin xətaları; bunların hamısı bir sınaqdır.

Bu üzüntü və çətinliklərə qarşı mömindən gözlənən davranış “…Mənə düşən gözəl bir səbirdir…” (Yusif surəsi, 18) deyərək heç vaxt Allahın rəhmətinə və yaxınlığına şübhə etmədən hər növ çətinliyi yenə Allahın köməyi ilə dəf edəcəyini bilərək qəti qərarlılıq göstərməkdir.

Çətinliklər imtahan səbəbi olduğu kimi nemətlər də imtahan səbəbidir. Allah insana verdiyi nemətlə onun kamilliyini, Ona olan sədaqətini yoxlayır.

Ancaq nemət insanı azğınlaşdırmaq üçün deyil, şükür etdirmək üçün verilir. Bunu düşünən mömin Qurandakı ifadə ilə desək, “dünya həyatının bəzəyindən” sadəcə olaraq Allahın rizasını qazanmaq üçün yararlanır, dünyəvi zövqləri və gözəllikləri istehlak etmək üçün yarışa girmir. Yaşadığı həyatda qarşısına heç bir şey təsadüfən çıxmamışdır, mütləq necə hərəkət edəcəyinin sınandığı bir vəziyyətlə qarşılaşır. Bunu bilən kimsə artıq dünyanın mühüm bir sirrindən agah olmuşdur. Beləliklə, Allaha xoş gələn ən gözəl, düzgün və ağıllı davranışı da göstərmiş olur.

Qısa dünya həyatında Rəbbi tərəfindən sınandığını qavrayan bir insan, dinin ən mühüm təməllərindən birini qavramışdır. Buna görə də, təbliğ edilən şəxs bu mövzuda əvvəlcədən maarifləndirilməlidir. Çünki həqiqətən iman gətirmişsə, qısa müddət ərzində müxtəlif çətinliklərlə qarşılaşacaq və səmimi imtahana sahib olub-olmayacağı məsələsində sınaqdan keçiriləcək.